İQTİSADİYYAT
“Göyçay” Elektrik Şəbəkəsi Müəssisəsində itkilərin azaldılması diqqət mərkəzindədir
Bakı, 24 oktyabr (AZƏRTAC). Enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində Göyçay Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində mühüm işlər görülür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin son üç ayı ərzində 10 kilovoltluq I-II “Quşçuluq”, I-II “Kənd” hava xətlərinin 4 kilometrə yaxın hissəsi təmir edilmişdir. Eyni zamanda Göyçay şəhərində 50-ci yaşayış məntəqəsində, Ərəbcəbirli, Cəyirli, Kürdəmiş və digər kəndlərdə 0,4 kilovoltluq hava xətlərində 3,6 kilometr xətt təmir edilmişdir.
Cari ilin 9 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 240-dan çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmiş, qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 744,3 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 44,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.