REGİONLAR
Göyçayda qaydaları pozduğu üçün iki abituriyent imtahandan kənarlaşdırılıb
Göyçay, 26 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da Göyçay şəhərində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
DİM-in Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəbul imtahanlarında regional bölmənin kurasiyasında olan 9 rayonun 6-dan - Göyçay, Ucar, Zərdab, Ağsu, Kürdəmir və İsmayıllıdan 1310 nəfər abituriyent iştirakı nəzərdə tutulmuşdu. İlkin məlumata görə, 33 nəfər imtahana gəlməyib.
İmtahanlar Göyçay İdarəetmə və Texnologiya Kollecində, şəhər 1 və 7 nömrəli tam orta məktəblərdə keçirilib. Qəbul imtahanı saat 11-dən 14-dək davam edib, 9 imtahan rəhbəri və 110 nəfər nəzarətçi-müəllim tərəfindən idarə olunub.
Qaydaları pozduğu üçün iki abituriyent imtahandan kənarlaşdırılıb.