İDMAN
Güləş üzrə “Gələcəyin olimpiyaçıları” adlı açıq respublika turniri başa çatmışdır
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında qızlar, sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən “Gələcəyin Olimpiyaçıları” adlı açıq respublika turniri başa çatmışdır.
Yarışın son günü yunan-Roma güləşi üzrə 98 idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Turnirdə Araz Şükürzadə (32 kq), Mirsirac Həsənli (35 kq), Şükür Əhmədov (38 kq), Elvin Babayev (42 kq), Cavidan Cavadov (47 kq), Sənan Abdullazadə (53 kq), Samir Bayramov (59 kq), Heydər Fərmanov (66 kq) və Bəhruz Həziyev (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir.