İDMAN
Güləşçilərimiz Antalyada beynəlxalq turnirin ilk günündə üç medal qazanıblar
Bakı, 23 may, AZƏRTAC
Antalyada Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıblar.
Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.
Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) da bütün rəqiblərindən üstün olub. Finalda güləşçimiz rusiyalı rəqibinə qalib gəlməklə turnirin qızıl medalını qazanıb.
Turnir mayın 24-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:32]
Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]