Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Güloğlan Cabbarov: Başa çatmaqda olan 2019-cu il Azərbaycan kikboksçuları üçün çox uğurlu olub

Bakı, 20 dekabr, Leyla Qurbanova, AZƏRTAC

Başa çatmaqda olan 2019-cu il Azərbaycan kikboksçuları üçün çox uğurlu olub. Bu il idmançılarımız iştirak etdikləri dünya, Avropa çempionatlarında, dünya kuboklarında, peşəkarlar arasında keçirilmiş beynəlxalq turnirlərdə parlaq nailiyyətlər əldə ediblər. Yığmamız bu günlərdə keçirilmiş və ilin sonuncu yarışı olan, Duysburqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən peşəkar turnirdə də böyük qələbəyə imza atıb. Azərbaycan komandası Almaniya kikboksçularını 5:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov deyib.

Komandamız dünya çempionatlarını

böyük qələbə ilə başa vurub

Cari ildə kikboksinqin müxtəlif versiyaları üzrə təşkil edilmiş dünya çempionatlarında komandamızın böyük qələbələr qazandıqlarını vurğulayan G.Cabbarov deyib: “Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında Azərbaycan komandası da iştirak edib. Dünyanın ən güclü kikboksçularının yarışdığı dünya çempionatlarında son illər idmançılarımız böyük qələbələr qazanırlar. Builki dünya çempionatına tam heyətlə qatılan yığmamız Vətənə doqquz medalla qayıdıb. Kikboksçularımızdan Eduard Məmmədov və Ramal Aslanov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Antalyada dünya çempionatında isə Eduard Məmmədov qızıl medal qazanıb.

Gənclər arasında yarışlarda qızlarımız da uğurla çıxış ediblər

Federasiyanın vitse-prezidenti gənc kikboksçuların bu il əldə etdikləri uğurlardan söhbət açıb. Qeyd edib ki, onların arasında qızlarımız da fərqləniblər: “İdmançılarımız ilin əvvəlindən başlayaraq iştirak etdikləri turnirlərdə yüksək potensial nümayiş etdiriblər. Komandamız ilin ilk yarışı olan Avropa kubokunda uğurla iştirak edib. Bu yarışlarda gənclərimizdən Qəşəm Məmmədov, Elcan Atakişiyev və digərlərinin nailiyyətlərini xüsusi vurğulamaq istəyirəm. Eləcə də qızlarımızdan Lalə Mikayılovanın uğurla çıxış etməsi qızlar arasında bu idman növünə olan maraqdan irəli gəlir. Qızlarımız yığmada kişilərlə bərabər məşq edir, təcrübələrini artırır. “Qarabağ”, “Dinamo”, “Neftçi” və digər idman klublarında bu idman növü üzrə istedadlı qızlarımız yetişirlər. Bunların arasında Həmidə Mirzəliyeva, Lalə Mikayılova, Nərminə Ağayeva, Ozlem Həsənova, Nurcan Hüseynova beynəlxalq arenalarda keçirilən yarışlarda bir sıra nailiyyətlər qazanıblar.

Dünya kubokları, qitə çempionatı və beynəlxalq turnirlərdə

kikboksçularımızın nəticələri ürəkaçandır

Bu ilin ilk nüfuzlu yarışlarından biri olan, Budapeştdə keçirilmiş dünya kubokuna 16 idmançı ilə qatılan yığmamız yüksək nəticə göstərərək 3 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıb. Aprelin 16-19-da təşkil edilən yarışda Vüsal Kazımov, Amin Quliyev, Nicat Ələkbərli qızıl medal qazanıblar. Daha bir dünya kuboku isə sentyabrın 24-29-da Rusiyanın Anapa şəhərində təşkil edilib. Bu nüfuzlu yarışda komandamızın qazandığı qızıl medalların sayı 8-ə çatıb. Anapada qızıl medalları komandamızın aktivinə Nihat Tağızadə, Elcan Tanrıverdiyev, Anar Məmmədov, Amin Quliyev, Arzuman Qədimov, Əlihüseyn Əliyev, Kənan Cəfərli, Qəşəm Məmmədov yazdırıblar. Kikboksçularımızın Avropa çempionatında nəticələri də təqdirəlayiqdir. Belə ki, Macarıstanın Györ şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə qitə çempionatında Azərbaycan komandası 12 medal qazanıb. Bunlardan 5-i qızıl, 2-si gümüş və 5-i bürünc medaldır. Ənənəvi olaraq hər il təşkil edilən “Wizard Open” turnirində AKF-nin “Sərhədçi” komandası bu il də uğurları ilə diqqəti cəlb edib. Güloğlan Cabbarovun rəhbərliyi altında yarışlarda iştirak edən yığma üzvləri - Elcan Əlikişiyev, Elşad Şahbazov, Elməddin Baxşəliyev Vətənə qızıl medalla qayıdıblar. G.Cabbarov “Sərhədçi” klubunun prezidenti Cavid İsmayılova dəstəyə görə minnətdarlığını bildirib. O, əldə edilən nailiyyətlərdə kikboksinqin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mühüm rolu olduğunu qeyd edib.

Dünyanın ən məşhur kikboksçuları arasında

azərbaycanlı idmançılar xüsusilə fərqlənirlər

Azərbaycanın ən tanınmış idmançılarından biri olan Eduard Məmmədov dünyanın çox güclü kikboksçularından biridir. G.Cabbarov builki nailiyyətlər sırasında E.Məmmədovun nəticələrini xüsusilə vurğulayıb: “Dəfələrlə Avropa və dünya çempionu olmuş “Ağ canavar” ləqəbli E.Məmmədov 2019-cu ildə ayrı-ayrı versiyalar üzrə iki dəfə dünya çempionu titulunu qazandı. Bütün dünya E.Məmmədovu ən güclü kikboksçulardan biri kimi tanıyır. Onun veteranlar arasında bu idman növünü davam etdirməsi kikboksinqə sevgisindən irəli gəlir. İnanıram ki, idmançımız veteranlar arasında dünyanın ən güclüsü adına dəfələrlə sahib olacaq. Eduard Məmmədovun yetirmələri də artıq beynəlxalq arenalarda öz sözlərini deməyə başlayıblar. Onun tələbəsi olan gənc kikboksçumuz Amin Quliyev artıq dünyanın ən güclüləri sırasına daxil olub”.

Federasiya rəsmisi daha bir güclü kikboksçumuz - "Lord" ləqəbli Ramal Aslanovun da bu il böyük uğurlara imza atdığını bildirib: “Azərbaycanlı kikboksçu R. Aslanovun Çində keçirilən beynəlxalq yarışda əldə etdiyi nəticələr təqdirəlayiqdir. İyirmi yeddi yaşlı idmançı Su Liu adlı yerli kikboksçunu məğlubiyyətə uğradıb. Həmin turnirdə FF döyüş təşkilatının ən güclüləri yarışırdı. R.Aslanov 2016-cı ildə Çində Qran-Prinin qalibi olaraq ən güclü 8 idmançı arasında birinci yeri tutmuşdu”.

Federasiya kikboksinqin inkişafı istiqamətində

geniş tədbirlər həyata keçirir

Güloğlan Cabbarov federasiyanın kikboksinqin inkişafı istiqamətində geniş tədbirlərin həyata keçirildiyini bildirib: “Son illər kikboksinqin inkişafı istiqamətində böyük işlər görülüb. Federasiyanın prezidenti Adil Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində kikboksçuların öz potensiallarından maksimum istifadə etmələri üçün geniş imkanlar yaranıb. Ötən illər olduğu kimi, 2019-cu ildə də ölkədaxili turnirlərdə kütləviliyin təmin edilməsinə xüsusi diqqət göstərilib. Yarışların paytaxt Bakı ilə yanaşı, həm də bölgələrdə təşkili bu idman növlərinin coğrafiyasının daha da genişləndirilməsinə xidmət edir. Ağcabədidə 28 May - Respublika Gününə həsr olunmuş Azərbaycan kubokunda 300-ə yaxın idmançı mübarizə aparıb. Bu ilin mayında keçirilmiş “VII Zirvə Beynəlxalq Uşaq Oyunları”nda Azərbaycanın bölgələrini və paytaxtını təmsil edən 30 klub və cəmiyyətlərdən idmançılar 8 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda yeniyetmələr və kadetlər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirində İran İslam Respublikasının və Rusiya Federasiyasının komandalar ilə yanaşı, Bakı şəhəri, "Neftçi,, "Teyd", "Qarabağ", "Zirvə", "Alliqator", "Ağsu", "Ağcabədi" və Naxçıvan Muxtar Respublikasının komandaları da mübarizə aparıblar”.

Vitse-prezident federasiyada məşqçi və hakimlərin hazırlığının da xüsusilə diqqət mərkəzində olduğunu bildirib: “Hakim və məşqçilərin daha da təkmilləşməsi üçün seminar və təlimlərin təşkili xüsusilə diqqət mərkəzindədir. Bu il hakimlərdən Aydın Ağabəyov B klass hakimlik dərəcəsini alıb. Mütəxəssis buna Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı zamanı nail olub. Bundan başqa federasiyanın iki hakimi-beynəlxalq dərəcəli hakim Elnur Əliyev və Məhəmməd Babayev WAKO hakimlik akademiyasını qızıl medalla başa vuraraq dünyanın 23 ən yaxşı hakimi sırasında oldular. Məhəmməd Babayev "C" kateqoriyali Beynəlxalq dərəcəli hakim adına layiq görülüb.

Milli komandamız artıq gələn il keçiriləcək yarışlara hazırlığa başlayıb. Belə ki, 2020-ci ilin əvvəlki aylarında uşaq, yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan çempionatları keçiriləcək. Bu yarışlar kütləvi xarakter daşıyır və hər birində 1000-ə yaxın idmançı mübarizə aparır. İnanırıq ki, kikboksçularımız 2020-ci ildə də Azərbaycanın idman şərəfini layiqincə qoruyacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib