CƏMİYYƏT
Gün ərzində 50 cinayət faktı qeydə alınmışdır
Bakı, 26 yanvar (AZƏRTAC). Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 25-də qeydə alınmış 50 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən etmişlər.
Cinayət törətdiyinə görə 27 nəfər tutulmuşdur.