İQTİSADİYYAT
“GÜNƏŞLİ” YATAĞINDA YENİ YÜKSƏK HASİLATLI QUYU İSTİSMARA VERİLMİŞDIR
Bakı, 26 yanvar (AZƏRTAC). “Günəşli” yatağındakı 13 nömrəli platformada yeni yüksək hasilatlı 435 nömrəli quyu istismara verilmişdir. Quyu 3400 metr dərinlikdən sutkada 150 min kubmetr qaz, 50 ton kondensat verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont vardır. 2004-cü ildə istismara verilmiş 13 nömrəli platforma 20 quyunun qazılması üçün nəzərdə tutulmuşdur.
Ötən 4 il “28 May” NQÇİ tərəfindən platformadan 11 quyu qazılmışdır. Quyulardan sutkada 2,3 milyon kubmetr təbii qaz, 213 min kubmetr səmt qazı, 660 ton neft və 250 ton kondensat hasil olunur. 2008-ci ildən başlayaraq platformada qazma işləri “SOCAR-AQŞ” birgə müəssisəsi tərəfindən aparılır. Müəssisənin nəzarət səhm paketi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. 2008-ci ildə “SOCAR-AQŞ” tərəfindən 4 quyu qazılaraq istifadəyə verilmişdir. Perspektivdə 13 nömrəli platformadan daha 9 quyunun “28 May” NQÇİ neftçilərinə təhvil verilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]