İQTİSADİYYAT
“Günəşli” yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
Yatağın işlənməsini həyata keçirən “28 May” neft və qaz çıxarma idarəsi bu istiqamətdə ciddi tədbirlər görür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Günəşli” yatağındakı 15-ci özüldə 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu fasilə lay dəstəsindən 3086-3060 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 75 ton neft, 18000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.