İQTİSADİYYAT
Gürcüstan sentyabrda Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib
Tbilisi, 11 oktyabr, AZƏRTAC
Cari ilin sentyabrında Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb. Hesabat ayında Gürcüstan ümumilikdə 20 min ton neft bitumu tədarük edib ki, bu da aylıq müqayisədə 7,5 min ton azdır. Neft bitumu idxalının 14,6 min tonu və ya 73 faizi İranın payına düşüb. Gürcüstan sentyabrda idxal etdiyi neft bitumunun 9,5 faizi Azərbaycanın payına düşüb.
Ötən ay Gürcüstan İraqdan 3 min ton, Türkiyədən 0,3 min ton, Rusiyadan isə 0,2 min ton neft bitumu alıb.
Cari ilin 9 ayında isə Gürcüstan 130,5 min ton neft bitumu idxal edib. İllik müqayisədə idxalın həcmi 62,8 min ton artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]