DÜNYA
Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopter cəlb olunub
Tbilisi, 31 avqust, AZƏRTAC
Gürcüstanın Şidi Kartli bölgəsində meşə yanğınları hələ də davam edir.
AZƏRTAC xəbər verir ki, Xaşuri bələdiyyəsinin Tsedani kəndi yaxınlığında yanğının söndürülməsinə helikopter cəlb olunub.
Gürcüstanın Fövqəladə Hallar Xidmətindən bildirilib ki, yanğının söndürülməsinə 17 xüsusi texnika, 220 yanğınsöndürən və yerli könüllülər cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınsa da, küləkli hava şəraiti və ərazinin sıldırım qayalı olması səbəbindən alovu tam söndürmək mümkün olmayıb.
Qeyd edək ki, Şidi Kartli bölgəsi turistlərin ən çox istirahət etdikləri bölgələrdən biridir.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]