SİYASƏT
GÜRCÜSTANDA PARLAMENT SEÇKİLƏRİNİN GEDİŞİNİ MDB ÖLKƏLƏRİNDƏN 60-DƏK MÜŞAHİDƏÇİ İZLƏYƏCƏK
AZƏRTAC-ın aldığı məlumata görə, Gürcüstanda noyabrın 2-də keçiriləcək parlament seçkilərini izləmək üçün Müstəqil Dövlətlər Birliyi ölkələrindən 60-dək müşahidəçi gələcəkdir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının katibi Qogi Mikanadze demişdir ki, Minskdə MDB-nin icra katibliyində işləyən Belarus nümayəndələri artıq Tbilisidədirlər. Onlar MDB ölkələrindən olan müşahidəçilərin qərargahını açacaqlar. Bu qərargah noyabrın 3-dək işləyəcəkdir.
İlkin məlumata görə, MDB-nin icraçı katibi Yuri Yarov gələn həftənin əvvəlində, oktyabrın, təxminən 28-də Tbilisiyə gələcəkdir. O, MDB ölkələrindən olan müşahidəçilər qrupuna başçılıq edəcəkdir.
Gürcüstanda parlament seçkilərinin gedişini ATƏT-i və digər beynəlxalq təşkilatları təmsil edən 600-dən çox əcnəbi müşahidəçi də izləyəcəkdir.