DÜNYA
Gürcüstanda seçicilərin 47 faizdən çoxu səsvermə hüququndan istifadə edib
Tbilisi, 28 noyabr, AZƏRTAC
Gürcüstanda prezident seçkiləri davam edir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-a olan seçici fəallığı 47,31 faiz olub.
AZƏRTAC xəbər verir ki, saat 17:00-dək 1 milyon 662 min 453 seçici səsvermədə iştirak edib.
Seçkilərin birinci turunda isə saat 17:00-dək seçicilərin 38,16 faizi (1 milyon 337 min 284) səsvermədə iştirak etmişdi.
Qeyd edək ki, səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və 20:00-da başa çatacaq. Xarici ölkələrdəki seçki məntəqələrində isə səsvermə həmin ölkələrin yerli vaxtı ilə 24:00-da başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]
Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub
- 06.05.2024 [12:41]