DÜNYA
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunda iki milyondan çox seçici iştirak edəcək
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turunda 2 milyon 088 min 722 seçici iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natiya İoseliani bildirib.
Onun sözlərinə görə, MSK seçici siyahılarında dəqiqləşmə aparıb və təkrar səsvermədə iştirak edəcək seçicilərin siyahısını tərtib edib. Seçicilərin 1 milyon 002 min 525-i paytaxt Tbilisinin payına düşüb.
Qeyd edək ki, seçkilərin ikinci turu oktyabrın 30-da paytaxt Tbilisi də daxil olmaqla, 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]