Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) adından səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Biz Gürcüstanda yaşayan azərbaycanlılar Sizin qayğınızı və dəstəyinizi hər zaman hiss edir, bunu yüksək qiymətləndiririk.
Azərbaycan dövləti Sizin rəhbərliyinizlə böyük uğurlar qazanır, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir. Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi olaraq Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Ən dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Nəriman Qurbanov
Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin
(AZEBİ) İdarə Heyətinin sədri