DÜNYA
Gürcüstanın sabiq Prezidenti Baş Prokurorluğa çağırılmışdır
Tbilisi, 23 mart (AZƏRTAC). Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili dindirilmək üçün Baş Pokurorluğa çağırılmışdır.
Çağırış vərəqəsi eks-prezidentin anası Giuli Alasaniyaya verilmişdir.
Bununla əlaqədar Gürcüstan Baş Prokurorluğunda xüsusi brifinq keçirilmişdir. Prokuror Koka Katsitadze sabiq Prezidentin bir neçə cinayət işi ilə əlaqədar şahid qismində dindirilməyə çağırıldığını, hələlik onun barəsində başqa tədbirlərin həyata keçirilməyəcəyini bildirmişdir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili M. Saakaşvilinin istintaqla əməkdaşlıq etməyə, bütün suallara ətraflı cavab verməyə borclu olduğunu vurğulamışdır. O demişdir ki, heç kəs qanundan yüksəkdə dura bilməz və əgər o, gəlməsə, prokurorluq qanunamüvafiq tədbir görəcək, barəsində axtarış elan olunacaqdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi