İQTİSADİYYAT
Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsində təqdimat keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsində (NQÇİ) “Daha yaxşı komandanın yaradılması və layihələrin idarə olunması” mövzusunda təqdimat keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şöbə və sex rəislərinin iştirak etdiyi təqdimatda “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev çıxış edərək daha yaxşı komandanın qurulması, idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması, kadrların düzgün seçilməsi və müxtəlif layihələrin icrasında uğur əldə olunması üsullarından danışmışdır.
Təqdimat iştirakçılar tərəfindən maraqla dinlənilmiş və verilən suallar ətraflı cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]