SİYASƏT
HACIQABUL YAP-ÇILARI BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ FƏAL İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 3 sentyabr (AZƏRTAC). Bələdiyyə seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının toplantısı keçirilmişdir.
YAP rayon təşkilatının sədri Hafis Bəşirov qeyd etmişdir ki, həm prezident seçkilərində, həm də ümumxalq səsverməsində fəal iştirak edən Hacıqabul YAP-çıları bələdiyyə seçkilərində də eyni fəallığı nümayiş etdirmək əzmindədirlər.
Vurğulanmışdır ki, 101 ərazi ilk partiya təşkilatını və 3.350 partiya üzvünü birləşdirən rayon təşkilatı bələdiyyə seçkilərində də məsuliyyətlə fəaliyyət göstərməlidir.
Toplantıda YAP Hacıqabul rayon təşkilatında 16 nəfərdən ibarət seçki qərargahının yaradılması haqqında qərar qəbul olunmuşdur.