Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

H.AKSAY: RUSİYA-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN DAHA YAXŞI ŞƏRAİT YARADA BİLƏR

Moskva, 16 fevral (AZƏRTAC). Azərbaycan ictimaiyyəti Türkiyə Prezidenti Abdullah Gülün Rusiyaya dövlət səfərini diqqətlə izləyirdi, çünki bu qardaş ölkəni bizimlə sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bizimlə həmrəydir və qətiyyətli mövqe tutur.

Xəbər verildiyi kimi, Prezident Abdullah Gülün səfəri zamanı “Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında münasibətlərin yeni mərhələsinə doğru irəliləmək, dostluğun və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi haqqında birgə bəyanat” imzalanmışdır. Əlamətdar haldır ki, münasibətlərin yeni mərhələyə doğru irəliləməsi üçün “Rusiya Sovet Federativ Sosialist Respublikası Hökuməti ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında dostluq və qardaşlıq haqqında” 1921-ci il 16 mart müqaviləsi zəmin kimi götürülür.

Rusiya və Türkiyə prezidentləri demək olar ki, bütün sahələrdə uğurlu əməkdaşlığın olduğunu və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsini təşviq etdiklərini bildirmişlər. Bununla bərabər, birgə bəyannamədə belə bir bənd də vardır: “Tərəflər Avrasiya regionunda sabitliyin və təhlükəsizliyin Cənubi Qafqazda sabitliklə birbaşa bağlı olduğunu dərk edərək, Cənubi Qafqazda sabitliyi poza biləcək potensial element olan dondurulmuş münaqişələrin həlli üçün təsirli tədbirlər görülməsinin zəruri olması ilə razıdırlar. Bu baxımdan, tərəflər Qafqazda sabitlik və əməkdaşlıq platforması haqqında Türkiyənin irəli sürdüyü ideyanı artıq mövcud olan beynəlxalq mexanizmləri tamamlayan, dondurulmuş münaqişələrə cəlb edilmiş ölkələr arasındakı etimadsızlığı aradan qaldırmağa kömək edən konstruktiv təşəbbüs kimi qiymətləndirirlər”.

Beləliklə, Rusiya və Türkiyə tərəfləri Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair əlavə tədbirlər görülməsinə tərəfdar olmuşlar. Görünür, yaxın perspektivdə əsas məqsəd münaqişə tərəfləri arasında etimad səviyyəsinin artırılmasına diqqəti cəlb etməkdən ibarət olacaqdır.

Xatırladaq ki, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq haqqında başqa dövlətlərin iştirakı ilə sənəd qəbul edilməsinin zəruri olması təşəbbüsü ilə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1999-cu ildə İstanbul sammitində çıxış etmişdir. O, regional təhlükəsizlik sistemi yaradılmasını və Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq haqqında 3+3+2 (Cənubi Qafqaz ölkələri, Türkiyə, Rusiya, Aİ və ABŞ) formulu üzrə Pakt imzalanmasını təklif etmişdi. O vaxt çoxları belə bir sənədin qəbul edilməsinin zəruri olması ilə razılaşsalar da, bu təklif lazımınca dəstəklənmədi. İndi Türkiyə müəyyən siyasi və iqtisadi səbəblər üzündən Cənubi Qafqazda sabitlik platforması yaradılmasının zəruri olması təşəbbüsü ilə çıxış etmiş və bu məsələdə Rusiyanın onu dəstəkləməsinə nail olmuşdur. Beləliklə, regionun iki aparıcı dövləti bu təşəbbüsü qəbul edir, lakin həmin ideyanın hansı prinsiplər əsasında, hansı formatda və hansı çərçivədə həyata keçiriləcəyi hələ aydın deyildir.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli məsələsinə dair Türkiyənin hər hansı konkret addımlar atacağını gözləməyə gəldikdə isə, bəzi ekspertlərin fikrincə, Türkiyə ilə Rusiya arasında əlverişli münasibətlər bütövlükdə danışıqlar prosesində irəliləyişə müsbət təsir göstərə bilər. Rusiya-Türkiyə Araşdırmalar Mərkəzinin direktoru Hakan Aksay AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Rusiya ilə Türkiyə arasında yaxşı tərəfdaşlıq münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha yaxşı şərait yarada bilər, yəni məhz Rusiya və Türkiyə bu problemin həllində vasitəçi ola bilər. Türkiyəli ekspertin sözlərinə görə, regional problemlər Rusiya-Türkiyə əməkdaşlığının köməyi ilə daha yaxşı və daha səmərəli həll edilə bilər. H.Aksayın fikrincə, “Türkiyə regional proseslərdən kənarda qalmaq istəmir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində iştirak etmək istəyir”.

Əməkdaşlıq haqqında yüksək səviyyədə imzalanmış birgə bəyanat xüsusi olaraq Qafqaz problemlərinin və ya Azərbaycanla Ermənistan arasında problemlərin həllini nəzərdə tutmur. Sənəddə iki ölkənin istəkləri ifadə edilmişdir və görünür, bunda sonra hansısa təşəbbüslər, danışıqlar olacaqdır. Məlum olduğu kimi, bundan əvvəl Moskvada Rusiyanın vasitəçiliyi, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə danışıqlar aparılmış, üçtərəfli Moskva Bəyannaməsi imzalanmışdır. Türkiyəli politoloq demişdir: “Gələcəkdə Türkiyənin də bu prosesdə iştirak etmək istəyəcəyi istisna olunmur, lakin hələlik bu barədə bizdə konkret məlumat yoxdur”. Hakan Aksay Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələyə qoşula bilməsi barədə sualı şərh edərək demişdir ki, nəzəri baxımdan bu mümkündür, lakin bunun yaxın vaxtlarda gözlənildiyini göstərən əlamətlər yoxdur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya