Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hande Harmancı: Yeni layihə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı səylərimizə daha böyük təkan verəcək

Bakı, 20 iyun, Göyçək Mahmudlu, AZƏRTAC

İyunun 20-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkədə təcili tibbi yardım xidmətlərinin sürətləndirilməsi və infeksiyaların qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş yeni layihəyə start verib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, USAID tərəfindən maliyyələşdirilən 3,35 milyon dollar dəyərində olan layihə ÜST vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə dəstək göstərəcək: “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq. Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, milli infeksiyanın qarşısının alınması və nəzarət komitəsi, o cümlədən xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyası yaradılacaq. COVID-19-un bizə öyrətdiyi əsas dərs odur ki, tibb işçilərini, xəstələri və daha geniş ictimaiyyəti yoluxucu xəstəliklərdən qorumaq istəyiriksə, infeksiyanın qarşısının alınması və nəzarətə bütün səviyyələrdə səhiyyə sistemlərinin tərkib hissəsi kimi yanaşmalıyıq. Mövcud pandemiya kimi fövqəladə hallarda cəmiyyətin artan ehtiyaclarına cavab verə bilmək üçün daha təkmil təcili tibbi yardıma və yaxşı təlim keçmiş işçilərə ehtiyacımız var. İnanırıq ki, bu layihə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı səylərimizdə bizə daha böyük təkan verəcək”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov yeni layihənin iki əsas məsələni özündə cəmləşdirdiyini qeyd edib: “Bunlardan biri ölkəmizdə təcili tibbi yardımın təkmilləşdirilməsidir. Bu, çoxkomponentli və yeni yanaşma ilə planlaşdırılmış layihədir. Ötən ilin sonunda Elmi Şuranın qərarı ilə Azərbaycan Tibb Universitetində təcili tibb kafedrası yaradılıb. Həmin kafedra öz addımlarını bu layihə ilə birlikdə atacaq. Təcili tibb ixtisasının milli tibbi nomenklaturaya daxil edilməsi və həmin ixtisas üzrə rezidentura hazırlığının başlanması planlaşdırılır. Təcili tibbi yardımın təkmilləşdirilməsi, yenilənməsi dünyada ümumi qəbul edilmiş standartlar üzrə fəaliyyət göstərməsi nəzərdə tutulub.

İkinci komponent infeksiyaların profilaktikası və nəzarət sistemlərinin gücləndirilməsidir. Layihə vasitəsilə xəstəxanadaxili infeksiyaların profilaktikası sisteminin nəzərdən keçirilməsi, yeniliklərin əlavə edilməsi, görülmüş işlərin təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu da xəstəxanadaxili infeksiyaların, həm xəstələrin, həm də tibb işçilərin infeksiyaya yoluxma riskinin azaldılması deməkdir. Hər iki komponentin pandemiya ilə mübarizəyə həsr olunduğunu nəzərə alaraq deyə bilərik ki, layihənin faydası ikiqat olacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Araz Nəsirov son bir neçə ildir ölkə səhiyyəsində intensiv islahatlar aparıldığını və burada beynəlxalq təşkilatların töhfə verməsini təqdirəlayiq hal kimi qiymətləndirib: “Ölkəmizdə səhiyyənin təşkilində bəzi dəyişikliklər edilib. Onlardan biri də xəstəxanalarda təcili yardım şöbəsinin qurulması idi. Çalışırdıq ki, bunu reanimasiya, cərrahiyyə şöbələrinə və liftə yaxın yerdə quraq. Hazırda bir çox rayonlarda qurulan şöbələrin bir-birinə oxşamadığına şahid olduq. Mövcud resurs və imkanlarla təcili yardım şöbələri yaratdıq. Qısa müddətdə həmin şöbələrin nə qədər önəmli olduğunu gördük. Kəmiyyət məsələsini qısa müddətdə həll etsək də, keyfiyyət cəhətdən həmin xidmətlərin təkmilləşdirilməsinə ehtiyac var. Bu işdə beynəlxalq təşkilatların rolu əvəzolunmazdır. Sevinirəm ki, bu gün bu istiqamətdə yeni bir layihəyə başladıq. Səhiyyənin bütün iştirakçıları beynəlxalq qurumlarla bu prosesdə iştirak edirlər. Layihənin həmin xidmətin daha yüksək səviyyədə təşkilinə töhfə verəcəyinə inanırıq”.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva layihənin hər iki komponentinin iki il müddətində öz önəmini göstərdiyini qeyd edib: “Təcili tibbi yardım xidməti və infeksiyalara nəzarət sistemlərinin gücləndirilməsinin əhəmiyyətini həm COVID, həm də müharibə dövründə şahidi olduq”.

Ölkələrin sosial göstəricisinin əsasında səhiyyə sisteminin güclü olmasının dayandığını deyən F.Əliyeva, son iki ildə Azərbaycanda bu sahədə görülən işlər barəsində ətraflı məlumat verib: “Son iki ildə ölkəmizdə hər iki istiqamətdə nümunəvi işlər görüldü. İki mindən çox təlimlər verilib, texniki bazalar gücləndirilib və Azərbaycan səhiyyəsində yeni səhifə açılıb. ÜST ilə 15 layihəyə imza atılıb. Onlardan altısı hazırda davam edir. Yeni layihənin də ölkəmiz üçün uğurlu olacağına əminəm”.

USAID-in missiya direktoru Jaydev Sinqx “Azərbaycanda Pandemiyaya qarşı mübarizə” layihəsinin ABŞ və Azərbaycan arasında 30 illik davamlı tərəfdaşlığının bariz nümunəsi olduğunu deyib. "USAID/Azərbaycan COVID-19 pandemiyasının sağlamlığa və iqtisadi təsirlərinə qarşı təcili və daha uzunmüddətli səyləri dəstəkləmək üçün 9 milyon dollardan çox vəsait ayırıb və ölkədəki hər bir vətəndaş əhatə olunana qədər Azərbaycan səhiyyə sistemini gücləndirmək və genişləndirməkdə davam edəcək. Ölkənin səhiyyə sistemini region üçün bir model halına gətirmək məqsədilə biz bu sahədə Azərbaycan hökuməti ilə daha dərin əməkdaşlığa ümid edirik”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bu günə qədər əhalinin sağlamlığı ilə bağlı fövqəladə halların qarşısının alınması, hazırlığın görülməsi, aşkar edilməsi və gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq edərək bir sıra layihələr həyata keçirib. Həmin layihə ÜST və USAID-in Azərbaycan səhiyyəsinə davamlı dəstəyinin tərkib hissəsidir.

Tədbir zamanı, həmçinin Hande Harmancı səhiyyə “Sisteminin mövcud və gələcək pandemiyalara davamlılığının gücləndirilməsinə” dair təqdimatla çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib