İQTİSADİYYAT
Hazırkı yubiley “Caspian Oil and Gas” sərgisinə daha böyük ümidlər bəsləyirik
Bakı, 6 iyun (AZƏRTAC). Bu, bizim “Caspian Oil and Gas” sərgisində üçüncü iştirakımız olsa da, hazırkı yubiley sərgiyə daha böyük ümidlər bəsləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisinin (“Caspian Oil and Gas”) iştirakçısı olan “Bon Accord Engineering Supplies (Caspian) LTD” şirkətinin baş meneceri İlqar Axundov demişdir.
İ.Axundov bildirmişdir ki, şirkət 1997-ci ildə neft-qaz sənayesi üçün lazımi materialların təchiz olunması məqsədilə Azərbaycanda təsis edilmişdir. 2005-ci ildə isə Fransanın “Group Genoyer” şirkətlər qrupu tərəfindən alınmışdır. Həmin dövrdən etibarən neft-qaz və neft-kimya sahələrində boru və boru avadanlıqlarının təchizi ilə məşğul olan bu iri şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir.
Bizim Azərbaycanda material və məmulatların saxlanılması üçün anbarlarımız, habelə yuxarıda qeyd olunan sahələrdə gündəlik istifadə olunan kipləşdirici materiallar və boltların istehsalı üzrə yerli kiçik istehsal müəssisəmiz mövcuddur. “Bon Accord Engineering Supplies (Caspian) LTD” şirkətinin məhsullarına borular, klapanlar, ventillər və s. daxildir. Bunun məntiqi izahı isə belədir ki, getdikcə inkişaf edən bu tədbir yüksək səviyyədə keçirilir və artıq bazarda bir çox iştirakçının diqqətini özünə cəlb edə bilmişdir. Şirkətimiz təchiz və istehsal etdiyi məhsulların çeşidini artırmaqdadır və buna görə də biz sərginin iş günlərində daha çox sayda potensial müştəriyə bu barədə məlumat verməyə çalışırıq.