Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Həkim–infeksionist: Tərəddüd etmədən peyvəndi vurdurmaq, həm özümüzü, həm də cəmiyyətimizi pandemiyadan xilas etmək lazımdır

Həkim–infeksionist: Tərəddüd etmədən peyvəndi vurdurmaq, həm özümüzü, həm də cəmiyyətimizi pandemiyadan xilas etmək lazımdır

Bakı, 13 fevral, AZƏRTAC

Son bir ildə həyatımızı iflic edən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir. Ümid etməyə dəyər ki, aparılan peyvəndləmə tədbiri dəhşətli və qorxulu bəlanı tədricən uzaqlaşdıracaq və həyat normal məcraya dönəcək. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir.

AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Namiq Nəbiyevin də dedikləri elə bu barədədəir: “Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni növ koronavirusun öldürülmüş və tam zərərsizləşdirilmiş formasıdır. Bu, sovetlər vaxtında buraxılan peyvəndlərə bərabər tutulur. Orqanizmə onun inyeksiya edilməsi çox müsbət səmərə verir. Ona görə də Çin istehsalı olan həmin peyvəndə üstünlük verilir. Tibb işçiləri arasında aparılan vaksinasiya onun təhlükəsiz olduğunu bir daha sübut etdi və ağırlaşma halları baş vermədi. Peyvəndin vurulması hətta supfebril temperatur da yaratmadı, çox zəif başağrıları, zəif halsızlıq müşahidə olundu. Fevralın 18-dən peyvəndin ikinci mərhələsinə başlanılacaq. Hazırda yaşı 65-dən yuxarı olan əhali arasında peyvəndləmə aparılır. Əhalinin böyük hissəsi həmin mərhələni keçəndən sonra koronavirus təhlükəsinin sovuşacağına böyük ümidlər var.

Peyvənd vurulmamışdan əvvəl gözlənilməli şərtlər barədə danışan həkim-infeksionist diqqətə çatdırıb ki, ən azı bir sutka qabaqcadan, peyvənd vurulandan da sonra ən azı bir, iki sutka spirtli içki qəbul edilməməlidir. Vaksinasiyadan əvvəl və sonra allergiyaya səbəb olan qidalardan imtina edilməlidir. Bu şərtlərə əməl olunması çox yaxşı olardı.

Təəssüf ki, COVID-19 infeksiyası başlayanda onun mövcudluğunu qəbul etməyənlər və indi ona qarşı vaksinasiya prosesinin gedişində də peyvəndlərə inamsız yanaşanlar, onun qoruyuculuğuna etibar etməyənlər var. Həmsöhbətimiz həmin mövzuda bunları qeyd edib: “Belə “maarifləndirici” söhbətləri əsasən qeyri-ixtisas sahibləri aparır və müəyyən əhali təbəqəsi arasında inamsızlıq yaratmağa çalışırlar. Məhz elə bu inamsızlıq sayəsində indiyədək 3200-dən çox vətəndaş itirmişik. Peyvənd virusların yayılmasının qarşısını alan yeganə vasitədir. Onun tətbiqinin alternativi yoxdur.

Noyabr-dekabr aylarında hər gün 4500, bəzən 5 minə yaxın yoluxma halı baş verirdi. Şükürlər olsun ki, indi bu rəqəmlər 100-ün üzərindədir və lap yaxın vaxtlarda yoluxma sayının ikirəqəmli ədədə düşəcəyini arzu edirik”.

Özünün peyvənd olunub-olunmaması barədə məlumat verən həkim-infeksionist deyib: “Mən də, həyat yoldaşım da ötən il COVID-19-a yoluxmuşduq. Tibb işçilərinin vaksinasiyası zamanı Qanköçürmə və Transfuziologiya İnstitutunun laborantları bizdən müayinə götürdülər və məlum oldu ki, məndə virusa qarşı anticisimlər yüksək olduğuna görə peyvənd vurdurmağa ehtiyac yoxdur. Lakin həyat yoldaşımda həmin göstəricilər aşağı olduğuna görə ona peyvənd olundu”.

“Anticisimlərin 4-6 ay orqanizmdə qaldığı güman edilir. Lakin öz təcrübəm və eləcə də, ətrafda infeksiyanı keçirən tanıdığım adamların müayinəsi göstərir ki, həmin müddət ən azı 8 ay da davam edə bilər. Məsələn, xəstəliyi apreldə keçirsəm də, indiyədək orqanizmimdə infeksiyaya qarşı qoruyucu anticisimlər var. Ona görə də konkret müddət göstərmək çətindir. Şübhəsiz ki, bu orqanizmdən asılı olaraq immunitet həm də fərdi xarakter də daşıyır, bəlkə də anticisimlərin yaşama müddəti bir ilə qədər davam edir.

İldə bir dəfə qripə qarşı peyvənd vurulur. Onun vurulması il ərzində qripə yoluxmaq təhlükəsini arxada qoyur. Artıq insanların genetik kodlarında COVID-ə qarşı da uyğuynlaşma gedir. Müqayisə etsək görərik ki, keçən ilin fevral-mart aylarındakı vəziyyətlə indiki dövr arasında çox böyük fərq var. Zaman keçdikcə ona öyrəşmə baş verir və insanlar onu adi qəbul edirlər. Ömürlük bizimlə yol yoldaşı olan bu virus da qrip kimi adiləşəcək”, - deyə peyvəndlərin qoruyuculuq müddəti haqqında danışan həkim-infeksionist bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi nikbin proqnozlara görə, koronavirusun “Britaniya ştammı” sürətlə yayılsa da, yeni dalğaya səbəb olmayacaq. Son vaxtlar həmin narahatlığa səbəb olan mutasiyaya toxunan müsahibimiz deyib: “Çin istehsalı olan peyvəndin həmin mutasiyanın qarşısını tamamilə aldığı və geniş yayılmasına imkan vermədiyi sübut olunub. Türkiyədə 127 xəstədə “Britaniya ştammı” aşkarlanıb. Çin istehsalı olan peyvəndin tətbiq edilməsi onun yayılmasının qarşısını aldı. Ona görə çəkinmədən, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya