Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Bakı, 15 iyun, Göyçək Mahmudlu, AZƏRTAC

“2K11 Kruq” zenit-raket kompleksi 10 ilə yaxındır ki, Azərbaycan Ordusunun istismarından çıxarılıb

15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib.

Media nümayəndələri Xocalı rayonunda aşkar olunan Ermənistan silahlı qüvvələrinə məxsus "2K11 Kruq" zenit-raket kompleksi ilə tanış olublar.

Jurnalistlərə həmin hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat verilib.

İkinci Qarabağ müharibəsində hava hücumu vasitələrimizə
“2K11 Kruq” zenit-raket kompleksi vasitəsilə zərər vurulmasına imkanı verilməyib
 

Antiterror əməliyyatının iştirakçısı, Azərbaycan Ordusunun zabiti, mayor Tural Şükürov AZƏRTAC-a müsahibəsində deyib: “Ötən ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Xocalı rayonu ərazisində aşkarlanmış “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib. Kompleksə baxış keçirilərkən işlək vəziyyətdə olduğu müəyyən edilib.

Kompleks Ermənistan silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsində və ondan əvvəlki dönəmdə hava hücumundan müdafiə üzrə döyüş növbəsinə cəlb olunub. İkinci Qarabağ müharibəsində hava hücumu vasitələrimizə həmin kompleks tərəfindən zərər vurulmasına imkanı verilməyib. Kompleksin “1S32” raket tuşlama stansiyası 105 kilometrə qədər hədəflərin aşkarlanması və iki ədəd “2P24” buraxıcı qurğu üzərində yerləşdirilmiş “3M82 tipli raketlərin hədəfə yönəldilməsi, buraxılması, idarə olunması və məsafə üzrə 7 kilometrdən 50 kilometrədək, hündürlük üzrə 250 metrdən 23,5 kilometrədək məhvetmə zonasının daxilində olan hava hədəflərinin məhv edilməsi üçün təyin olunub. Kompleksin özəlliyi yüksək keçidlilik və tez bir zamanda yerdəyişmə qabiliyyətinə malik olmasıdır. Bunun səbəbi tırtıl üzərində yerləşdirilməsidir. Nəticədə relyef formasından asılı olmayaraq daha əlverişli nöqtələrdə mövqelənərək döyüş fəaliyyətini aparmağa, tez bir zamanda atəş tapşırığını yerinə yetirərək yerdəyişmə etməyə malikdir. Həmin tip kompleksləri aşkarlayıb yerindəcə məhv etmək bu baxımdan çətinlik yaradır. Azərbaycan Ordusunda da həmin komplekslərdən istifadə olunub. Hazırda daha müasir və effektiv hava hücumlarından mühafizə komplekslərimiz olduğu üçün həmin kompleks 10 ilə yaxındır ki, Azərbaycan Ordusundan istismardan çıxarılıb. İstismara yararlı olmasına baxmayaraq, ondan istifadə edilərək hava məkanının qorunmasına ehtiyac yoxdur. Ona görə də bu kompleks Hərbi Qənimətlər Parkında nümayiş üçün yerləşdirilib”.

Mayor Əsgər Məmmədovun sözlərinə görə, “2K11 Kruq” zenit-raket kompleksinin təyinatı 105 kilometr məsafədə uçan hava hədəflərinin aşkarlanması, tanınması, tapılması, izlənilməsi və onları 50 kilometrdən içəriyə doğru buraxılmaması üçün məhv edilməsidir. Qeyd olunub ki, kompleks tırtıl üzərində yerləşdiyi üçün yüksək manevretmə imkanına malikdir. Səfərdən-döyüşə, döyüşdən-səfərə gəlmək imkanları yüksək olduğu üçün ön bölmələrin hava hücumundan müdafiəsini təşkil etmək üçün nəzərdə tutulub.

Hərbi Qənimətlər Parkında nümayiş etdirilən “2K11 Kruq” zenit-raket kompleksi işlək vəziyyətdədir

Hərbi ekspert Ramil Məmmədli Ermənistanın vaxtilə işğal etdiyi Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini maksimum şəkildə gücləndirdiyini, müxtəlif təyinatlı hava hücumundan müdafiə sistemi ilə ərazinin müdafiəsini və mühafizəsini təşkil etdiyini diqqətə çatdırıb. Bildirilib ki, işğal dövründə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun müxtəlif təyinatlı döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və onların sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun bölmələri düşmənin dərinliyində müxtəlif təyinatlı əməliyyatlar həyata keçirdilər. Həmin əməliyyatlar nəticəsində düşmən ordusu darmadağın edildi və işğal altında olan ərazilər azad olundu. Vətən müharibəsindən sonrakı dövrlərdə ərazinin dərinliklərində çoxlu sayda müxtəlif təyinatlı texnikalar qalmışdı. Həmin texnikalar mərhələli şəkildə aşkarlanırdı. Relyef dağlıq ərazi olduğundan burada müxtəlif sığınacaqlar, gizli yerlərin mövcudluğunu və orada həmin texnikaların gizlədilməsinin mümkün olduğunu bilirdik. Azərbaycan Ordusunun bölmələri də hava hücumundan müdafiə sisteminə aid olan zenit raket kompleksini aşkar etdilər.

“Müasir döyüşün aparılması qaydaları köklü şəkildə dəyişdirilib və bu gün biz buna bölgəyə yaxın olan ərazilərdə gedən müharibələrdə də şahid oluruq. Pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi təcrübəsi daha da artıb və bir-birinin ardınca bütün ölkələr dronlardan istifadə edilməsi və onların öz ordularının arsenalına daxil edilməsi prosesini genişləndirirlər. Azərbaycan Ordusu da Vətən müharibəsi dövründə PUA-dan ən yüksək şəkildə istifadə edən və effektiv nəticələr əldə edən hərbi əməliyyatlar apardı. Bu tipli zenit raket kompleksləri də məhz PUA, yəni aşağı məsafədə uçuş həyata keçirən döyüş aviasiya vasitələrinin, ümumiyyətlə hərbi təyinatlı aviasiya vasitələrinin zərərsizləşdirilməsi, onların sıradan çıxarılması üçün istifadə olunur. Ermənistan ordusunun da məqsədi Azərbaycan Ordusunun müharibədə istifadə etdiyi pilotsuz uçuş aparatlarını sıradan çıxarmaq idi . Həmin cəhdlər effektsiz oldu və Ermənistan tərəfi öz istəyinə nail ola bilmədi. Ermənistan ordusu antiterror tədbirlərinə qədər də həmin texnikanın çıxarılmasına nail ola bilmədi. Bu da Azərbaycan Ordusunun effektiv sürətli hərbi əməliyyat keçirməsinin sayəsində idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında - yəni Qələbəni özündə əks etdirən məkanda biz “2K11 Kruq” zenit-raket kompleksini görürük. Bu, əslində Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qəhrəmanlıq və şücaətinin bir nümunəsidir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə axtarış işləri davam etdirilir. Müharibədən bir neçə il keçməsinə baxmayaraq, bu kimi texnikalar silah və sursatlar mərhələli şəkildə aşkarlanır və zərərsizləşdirilir. Burada nümayiş etdirilən “2K11 Kruq” zenit-raket kompleksi işlək vəziyyətdədir. Həmin kompleksə kiçik bir müdaxilə edilərsə, müəyyən təmir modelləşdirmə işləri həyata keçirilərsə, yüksək səviyyədə döyüş aparmaq qabiliyyətindədir”, - deyə hərbi ekspert bildirib.

 

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan Transxəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmöda soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib