Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN NÖVBƏTİ BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN NÖVBƏTİ BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz kursantlar, zabitlər, generallar!

Hörmətli mərasim iştirakçıları!

Mən sizin hamınızı qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik edirəm, ordumuzun bütün şəxsi heyətinə yeni-yeni uğurlar arzulayıram.

Eyni zamanda, bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışıdır. Bu münasibətlə bütün məzunları təbrik edirəm. Arzu edirəm ki, onlar Milli Ordumuzda ləyaqətlə xidmət etsinlər, Azərbaycanın müdafiə potensialını gücləndirsinlər.

Azərbaycan ordusu çox sürətlə inkişaf edir. Azərbaycanda ordu quruculuğu çox sürətlə gedir. Ordumuzun indiki vəziyyəti çox sevindiricidir. Biz həm hərbi potensialımızı gücləndiririk, həm də orduda hazırlıq səviyyəsi yüksəlir və beləliklə, ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra vəziyyət tamamilə başqa idi. Demək olar ki, Azərbaycanda mütəşəkkil ordu yox idi, ayrı-ayrı silahlı birləşmələr, silahlı dəstələr fəaliyyət göstərirdilər. Vahid komandanlıq, vahid idarəetmə sistemi mövcud deyildi. Bütövlükdə, ölkəmiz o vaxt çox çətin problemlərlə üzləşmişdi, həm siyasi, həm iqtisadi böhran, eyni zamanda, hərbi böhran hökm sürürdü. O vaxt ölkəyə və orduya rəhbərlik edən səriştəsiz insanlar ölkəmizi uçurum kənarına gətirib çıxarmışdılar. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün istiqamətlərdə inkişaf başladı, o cümlədən ordu quruculuğu prosesi başlandı. O ildən bu günə qədər bizim ordumuz çox şərəfli yol keçmişdir.

Azərbaycanın müstəqilliyi bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Ölkəmiz 1918-ci ildə müstəqillik əldə etmişdi. Ancaq iki il keçmədən o müstəqillik əldən getdi və Azərbaycan Demokratik Respublikası süqut etdi. 1993-cü ildə də buna oxşar vəziyyət yaranmışdı. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ildə ölkədə gedən çox çətin və xoşagəlməz proseslər nəticəsində müstəqillikdən məhrum ola bilərdi. Ancaq və ancaq xalqın iradəsi, xalqın öz liderinə inamı və Heydər Əliyevin siyasəti və cəsarəti ölkəmizi o çətin vəziyyətdən xilas edə bilmişdir.

 
İndi Azərbaycan ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu gün Azərbaycanda elə sahə yoxdur ki, orada güclü inkişaf getməsin. Bütün bu işlərin təməli məhz 1990-cı illərin ortalarında qoyulmuşdur. Bugünkü ordunun səviyyəsinin də əsas səbəbi 1990-cı illərin ortalarında orduda başlanmış islahatlar, ordunun hazırlıq səviyyəsinin qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, orduda peşəkar kadrların hazırlanması, təhsil məsələlərinə verilən böyük diqqətdir. Bütün bunların nəticəsində bu gün deyə bilərik ki, biz çox güclü orduya malikik və regionda bizim ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.

Orduda hazırlıq səviyyəsi qalxır və qalxmalıdır. Biz buna sevinirik. Ancaq bununla bərabər, hamımız bilirik ki, hələ çox işlər görülməlidir. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Bu sahəyə çox böyük diqqət göstərilir. Ordumuz üçün lazım olan bütün avadanlıq, hərbi texnika, silah-sursat alınır. Bizim imkanlarımız artdıqca, bunu daha da böyük həcmdə həyata keçiririk. Müqayisə üçün deyə bilərəm ki, əgər 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar xərclənirdisə, 2007-ci ildə bu məbləğ 1 milyard dollara çatıbdır. Yəni orduya ayrılan xərclər 4 ildə təxminən 8 dəfə artıbdır. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Bu, onu göstərir ki, biz ordunun möhkəmlənməsinə çox böyük diqqət yetiririk və bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır. Müharibə hələ bitməyibdir. Sadəcə olaraq, atəşkəs rejimi saxlanılır. Ona görə bundan sonra da biz orduya daim böyük diqqət göstərməliyik. Bu, hər bir vətəndaşın işi olmalıdır və ilk növbədə, dövlət öz tərəfindən bu işləri aparmalıdır və biz bunu edirik.

Ordumuzun inkişafı üçün, hərbçilərin rahat yaşaması üçün onların məişət problemləri, sosial problemləri də həll olunmalıdır. Bu məqsədlə hərbçilərin əmək haqları mütəmadi qaydada artırılır, onlar mükafatlandırılır. Nazir Səfər Əbiyev burada qeyd etdi ki, hərbçilər üçün yeni evlər tikilir, mənzillər veriləcəkdir. Bu proses daim getməlidir. Çünki ordumuzda xidmət göstərən, böyük nailiyyətlərə malik olan, öz peşəkarlığını göstərən hərbçilər dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir. Biz bunu edirik. Əlbəttə, maddi imkanlarımız artdıqca, bunu daha böyük həcmdə edəcəyik.

Azərbaycanda eyni zamanda ordumuz üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı üçün də böyük işlər görülür. Azərbaycanda bu yaxınlarda yaradılmış Müdafiə Sənayesi Nazirliyinin əsas məqsədi ondan ibarətdir. Düzdür, biz orduya böyük vəsait ayırırıq və heç kim üçün sirr deyil ki, böyük həcmdə silah-sursat, texnika, döyüş təyyarələri alırıq və bunu, bu siyasəti davam etdirəcəyik.

Ancaq bununla bərabar, imkanlarımız var ki, bizə lazım olan avadanlığı daxildə, Azərbaycanda da istehsal edək. Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyi yaradıldı və əminəm ki, nazirlik tərəfindən görülmüş işlər nəticəsində biz artıq ilin sonuna qədər ilkin istehsalı görəcəyik. Bundan sonra isə daha da böyük vəsait ayrılmaqla Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılacaqdır. Biz bunu edirik və bu sahədə siyasətimiz çox açıqdır və birmənalıdır. Bütün bu işləri görmək üçün, əlbəttə ki, ölkəmizin çox güclü maliyyə resursları olmalıdır. Ölkəmizin çox güclü iqtisadi potensialı olmalıdır. Çünki hər bir maddi-texniki bazanın möhkəmləndirilməsi üçün başlıca amil budur. Biz də bunu edirik.
Bildiyiniz kimi, Azərbaycan son üç il ərzində iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bizim iqtisadiyyatımız artır, iqtisadi islahatların aparılması nəticəsində əhalinin maddi rifahı yüksəlir və bizim büdcə gəlirlərimiz artır. Müqayisə üçün onu da deyə bilərəm ki, 2003-cü ildə bizim dövlət büdcəmiz təxminən 1,5 milyard dollar idisə, bu il 7,5 milyard dollara çatmışdır. Bu, çox böyük irəliləyişdir. Azərbaycanda mövcud olan büdcə xərcləri bizə imkan verir ki, ölkə qarşısında duran bütün problemləri həll edək. İlk növbədə, infrastruktur layihələrinə, təhsilə, səhiyyə məsələlərinə, ordu quruculuğuna, bizi narahat edən, bizə lazım olan bütün məqsədlərə lazımi vəsaiti ayırırıq və ayıracağıq. Əlbəttə ki, ordu quruculuğu prosesi sürətlə getməlidir. Biz hələ çox işlər görməliyik. Bizim planlarımız böyükdür və mən şübhə etmirəm ki, qarşıda duran bütün vəzifələri yerinə yetirəcəyik.
Azərbaycanda çox güclü iqtisadi potensial yaradılıbdır. Yenə də deyirəm, iqtisadi islahatlar, siyasi islahatlar, sosial sahəyə böyük diqqət - biz bütün bu işləri kompleks şəkildə aparırıq. Eyni zamanda, biz Heydər Əliyev neft strategiyasının gözəl nəticələrini də görürük. Azərbaycan bu sahədə qarşıda duran hər bir vəzifəni yerinə yetiribdir. Biz çox çətin və ağır coğragi-siyasi vəziyyətdə öz neft, qaz məsələlərimizi tam şəkildə həll etmişik. Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq gələn il tam gücü ilə fəaliyyət göstərəcəkdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi ilə Azərbaycan dünya qaz bazarına yol açdı. Bu yaxınlarda tikintisinə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı çox vacib nəqliyyat məntəqəsinə çevirəcəkdir. Bizim ərazimizdən Avropa ilə Asiyanı birləşdirən dəmir yolu keçəcəkdir. Bütün bu layihələri icra edirik. Bunu etmək üçün həm siyasi iradə var, həm cəsarət var, həm də imkanlar var.
Azərbaycan indi zəngin ölkəyə çevrilir. Mən bir neçə il bundan əvvəl deyəndə ki, məqəsədim Azərbaycanı zəngin dövlətə çevirməkdir, biz artıq bunun ilkin əlamətlərini görürük. Bizim əsas layihələrimiz həyata keçiriləndən sonra, növbəti illərdə Azərbaycanda daha da böyük həcmdə maliyyə imkanları yaranacaqdır. Sözün əsl mənasında, zəngin dövlət yaradılacaq və insanların həyat səviyyəsi yaxşılaşacaqdır.
Bir sözlə, biz bütün istiqamətlərdə öz siyasətimizi proqram üzrə aparırıq və hər bir sahədə böyük uğurlar var. İstər iqtisadi islahatlar sahəsində, istər enerji sahəsində, istər siyasi islahatlar sahəsində - bütün sahələrdə. O cümlədən xarici siyasət məsələlərində də Azərbaycan çox fəaldır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan regionda böyük güc mərkəzinə çevrilibdir. Bizim dünyanın aparıcı dövlətləri ilə çox səmərəli və qarşılıqlı hörmət əsasında qurulan münasibətlərimiz var. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrlə, qonşu dövlətlərlə çox gözəl münasibətlərimiz var.
Bu yaxınlarda Azərbaycanda GUAM-ın zirvə görüşünün keçirilməsi Azərbaycanın nə qədər önəmli ölkə olduğunu bir daha göstərdi. Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycanda sammitdə iştirak etməsi bunun əyani nəticəsidir. Azərbaycanda qəbul edilmiş qərarlar bütün bölgəyə öz təsirini göstərir. Bir daha demək istəyirəm, həm bizim coğrafi vəziyyətimiz, təbii sərvətlər, mövcud olan nəqliyyat və enerji infrastrukturu, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı və ölkədə mövcud olan sabitlik, ictimai-siyasi asayiş, xalqla dövlət arasında olan birlik - bütün bunlar, əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı üçün çox gözəl şərait yaradır.
Biz müxtəlif proqramlar həyata keçirməklə ölkəmizi gücləndiririk. Bu, həm makroiqtisadi sahədə, eyni zamanda, insanların gündəlik həyatında da öz əksini tapır. Regionların inkişafı sürətlə gedir, işsizlik, yoxsulluq aradan qaldırılır. Böyük həcmdə investisiyalar qoyulur. Budur Azərbaycanın bugünkü reallıqları. Bütün bu amilləri bir araya yığıb görürük ki, doğrudan da, ölkəmiz artıq çox dinamik inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə edir və qarşıya qoyulan hər bir vəzifəyə nail olur. Elə bir vəzifə yoxdur ki, biz onu qarşıya qoyaq və ona nail ola bilməyək. O cümlədən ordu quruculuğu sahəsində.
İki il bundan əvvəl mən bəyan etmişdim ki, Azərbaycanda hərbi xərclər Ermənistanın ümumi dövlət xərclərinə bərabər olacaqdır. O vaxt bəlkə də bəziləri buna o qədər də inanmırdı. Çünki belə bir vəziyyət o qədər də real görünmürdü. Ancaq mən bilirdim. Bilirdim ki, bunu həll etmək üçün yollar var. Bilirdim ki, əgər biz səmərəli işləsək, bütün gücümüzü səfərbər etsək, iqtisadi islahatları davam etdirsək, liberal iqtisadiyyat qursaq, gözəl investisiya mühiti yaratsaq, sahibkarlığı gücləndirsək, nəhəng enerji layihələrini başa çatdırsaq buna nail olacağıq. Hər bir istiqamətdə bizim uğurlarımız var. Hər bir sadaladığım sahədə biz istədiyimizə nail olmuşuq və bunun nəticəsidir ki, indi Azərbaycanın müdafiə xərcləri Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Gələcək illərdə bundan da artıq olacaqdır. Ondan sonra şübhəsiz ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcəkdir.
 
Bizim bir nömrəli problemimiz var. Bütün xalqımızı, bizim hamımızı narahat edən Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Baxmayaraq ki, danışıqlar uzun illərdir gedir, biz ciddi irəliləyiş görmürük. Ermənistanın qeyri-səmimi, qeyri-konstruktiv siyasəti nəticəsində biz razılaşmaya nail ola bilmirik. Bunu artıq bütün dünya ictimaiyyəti görür və bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də görməmiş deyildir.

Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və bizim bu siyasətimiz tam şəkildə bütün dünya birliyi tərəfindən, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli münasibətlərdə dəstəklənir. Son dörd ilə yaxın müddətdə mənim dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur. Bizim hər bir ölkə ilə imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir. Bu onu göstərir ki, bütün beynəlxalq ictimaiyyət, dünyanın siyasi elitası bu məsələnin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsini mümkün sayır. Bundan başqa heç bir əsas ola bilməz. Heç vaxt Azərbaycanın ərazi bütövlüyü pozula bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Əgər dünya birliyi 1990-cı illərin ortalarında, - o vaxt Azərbaycan iqtisadi və siyasi cəhətdən o qədər də güclü deyildi, - Dağlıq Qarabağın müstəqilliyini tanımayıbsa, bugünkü vəziyyətdə, Azərbaycanın güclü dövlət olduğu bir dövrdə heç də bunu tanımayacaqdır. Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşməyəcəkdir. Bunu Ermənistanda və Dağlıq Qarabağda nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər də yaxşıdır. Onlar hesab edirlər ki, vaxt uzatmaqla, danışıqları süni şəkildə ləngitməklə nə isə əldə edəcəklər. Xeyr! Bəlkə də bu, hansısa siyasətçilər üçün, onların siyasi karyerası üçün əlverişli ola bilər. Amma inanmıram ki, bu, Ermənistan dövlətinin maraqlarına xidmət göstərsin. Çünki vaxt keçdikcə, bizim mövqelərimiz möhkəmlənir.

Beş il bundan əvvəl Ermənistan və Azərbaycanın iqtisadiyyatı təxminən eyni səviyyədə idi. Bu gün bizim iqtisadiyyatımız onların iqtisadiyyatından 7 dəfə böyükdür. Beş il bundan əvvəl büdcə xərcləri təxminən eyni idi. Bu gün bu sahədə 7 dəfə fərq var. Azərbaycan dünya və Avropa üçün çox önəmli ölkəyə çevrilir. Azərbaycanın çox çevik xarici siyasəti var. Azərbaycan çox zəngin neft, qaz yataqlarına malikdir. Hamı artıq bilir ki, dünyanın gündəliyində enerji məsələləri bir nömrəli məsələlərdir. İndi enerji məsələlərini beynəlxalq təşkilatlarda və aparıcı ölkələrdə təhlükəsizlik məsələsi kimi qəbul edirlər. Bu resurslar bizdə var. Biz artıq dünyanın, Avropanın enerji təhlükəsizliyi üçün işlər görürük.

Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələri icra etmişik. Biz nəqliyyat üçün tranzit ölkəyə çevrilirik. Ermənistanda bunların heç biri yoxdur və gələcək inkişaf perspektivləri də yoxdur. İqtisadi inkişaf üçün heç bir zəmin yoxdur. Əksinə, orada sənaye istehsalı aşağı düşür. Azərbaycanın əhalisi artır. Bu da təbiidir, çünki insanların həyat səviyyəsi yaxşılaşdıqca, əlbəttə ki, əhali də artır. Ermənistanda isə vəziyyət tam başqadır. Orada əhalinin sayı həm təbii səbəblərə görə, həm də böyük miqrasiyaya görə azalır. Orada heç kim qalmaq istəmir. Artıq bizdə olan məlumata görə, təmas xəttində onlarda canlı qüvvə çatışmır. Bu, bizim uğurlarımızın hələ ilkin mərhələsidir. Baxın görün, bir neçə ildən sonra nə olacaq. Bunu biz də bilirik və dünya birliyi də bilir. Dünya Bankının hesablamalarına görə, növbəti 20 ildə Azərbaycana ancaq bir neft layihəsindən 200 milyard dollar vəsait gələcəkdir. Nəzərə alsaq ki, bizim üçün Dağlıq Qarabağdan başqa heç bir ciddi məsələ yoxdur, təbii ki, bundan istifadə edəcəyik, ordumuzu gücləndirəcəyik, bütün yollarla Ermənistana təzyiq edəcəyik və öz doğma torpaqlarımızı azad edəcəyik.
Mən bunu bir neçə dəfə demişəm və çox şadam ki, biz artıq bunu görürük - biz bütün istiqamətlərdə Ermənistana hücum etməliyik. Siyasi, diplomatik, təbliğat, iqtisadi - bütün sahələrdə və bizim imkanlarımız da artır. Həm öz imkanlarımız, həm bizim müttəfiqlərimizin imkanları, həm də bizimlə çox böyük və uzunmüddətli strateji tərəfdaşlığa başlamış ölkələrin imkanları artır. Biz bütün bunları səfərbər etməliyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Siyasi proseslər bizim xeyrimizə inkişaf edir. Diplomatik müstəvidə Azərbaycanın mövqeyi dəstəklənir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıbdır və danışıqlar prosesində Azərbaycanın mövqeyi üstünlük təşkil edir.
Ermənistanda danışıqların gedişatını nə qədər təhrif etməyə çalışsalar da, bunun heç bir səmərəsi yoxdur. Çünki hamı bilir, o cümlədən Ermənistan tərəfi və bununla bilavasitə məşğul olan Minsk qrupunun həmsədr ölkələri bilir ki, danışıqlar hansı prinsiplər əsasında aparılır. Bu prinsiplər bizə imkan verəcək ki, Azərbaycanın işğal edilmiş bütün torpaqları qaytarılsın, azərbaycanlılar öz yurdlarına, o cümlədən Dağlıq Qarabağa da qayıtsınlar. Ondan sonra danışıqlar nəticəsində Dağlıq Qarabağın gələcək statusu müzakirə oluna bilər. Ermənistan tərəfi öz daxili siyasəti üçün bir çox hallarda danışıqların məzmununu təhrif edir. Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. Bu, heç vaxt olmayacaqdır. Mən əminəm ki, bunu Ermənistanda nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olar.
 Biz istəmirik ki, məsələni hərbi yolla həll edək. Ancaq buna hazır olmalıyıq. Bizim siyasətimiz açıqdır, heç nəyi gizlətmirik. Biz bəyan edirik ki, bəli, danışıqlara sadiqik. Amma bunun müəyyən müddəti var. Bu danışıqlar əbədi aparıla bilməz. Bu danışıqlar artıq 13 ildir aparılır. Bundan sonra 13 il də aparıla bilməz. Qısa müddət ərzində aydınlıq gətirilməlidir ki, biz haradayıq, haraya gedirik. İndi bütün prinsiplər mövcuddur, təkcə qalır ki, Ermənistan rəhbərliyi özündə cəsarət tapıb bu addımı atsın, onlara aid olmayan, məxsus olmayan torpaqlardan çıxsın. İmkan versin ki, bizim soydaşlarımız o torpaqlara qayıtsınlar və ondan sonra bölgədə sülh bərqərar oluna bilər. Hələ ki, bu yoxdur. Hələ ki, bölgədə gərginlik mövcuddur, atəşkəs rejimi pozulur və gələcəkdə də pozula bilər. Əlbəttə, bunu Ermənistanda nəzərə almalıdırlar.

Bir sözlə, Azərbaycan öz siyasətini çox uğurla, çox fəal şəkildə aparır. Yenə də deyirəm ki, bizim bütün ölkələrlə münasibətlərimiz qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında qurulubdur. Deyə bilərəm ki, biz dünyada çox böyük hörmətə malik olan ölkəyik. Çox böyük hörmət qazanmışıq. Artıq bunu hamı bilir. Azərbaycana münasibət çox müsbətdir. Ölkəmizdə gedən iqtisadi və siyasi islahatlar ölkəmizi daha da gücləndirir və hər bir sahədə inkişaf var, bundan sonra da olacaqdır. O cümlədən ordu quruculuğunda. Mən, ölkə Prezidenti və Silahlı Qüvvələrin Ali baş komandanı, bir daha bəyan edirəm ki, ordunun güclənməsi üçün bundan sonra da əlimdən gələni edəcəyəm. Bu gün burada nümayiş etdiriləcək yeni döyüş təyyarələri də bunun çox gözəl təzahürüdür. Yadınızdadırsa, keçən il burada bizim mahir pilotlarımız çox gözəl uçuşlar etmişlər. Bu il isə burada, Azərbaycan səmasında yeni təyyarələrdə uçacaqlar.

Əziz dostlar!

Əziz hərbçilər!

Sizin hamınızı qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə bir daha təbrik edirəm. Hər birinizə cansağlığı, uğurlar arzulayıram.

Sağ olun.

(Dövlətimizin başçısı, Ali baş komandan İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır