Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV ADINA HƏRBİ LİTSEYİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1.Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialı ləğv edilsin və onun əsasında Heydər Əliyev adına hərbi litsey yaradılsın.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində Heydər Əliyev adına hərbi litseyin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq etsin.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 fevral 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin