MƏDƏNİYYƏT
HEYDƏR ƏLİYEV FONDU GÜRCÜSTANIN MARNEULİ RAYONUNDAKI SADAXLI KƏND MƏDƏNİYYƏT EVİNƏ KİTABLAR HƏDİYYƏ ETMİŞDİR
Tbilisi, 6 iyul (AZƏRTAC). Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Sadaxlı kəndi Borçalının ən böyük azərbaycanlı kəndlərindəndir.
Heydər Əliyev Fondu kənd mədəniyyət evinə 50 adda bədii kitablar hədiyyə etmişdir. Kitabları Azərbaycanın Gürcüstandakı səfirliyindən qəbul edən mədəniyyət evinin direktoru Fərhad Cəlilov qayğı və diqqətə görə respublika rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Heydər Əliyev Fondu gürcüstanlı soydaşların durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimiz qorunub saxlanmasında borçalılara böyük dəstək olur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi