SİYASƏT
HEYDƏR ƏLIYEV HƏM DƏ DÖRD MIN ILLIK TÜRK DÖVLƏTÇILIK TARIXINDƏ ÖLMƏZ LIDER KİMİ QALACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçinin dəfn mərasimində iştirak edə bilməyənlər başsağlıı teleqramları göndərməklə Azərbaycan xalqının kədərinə şərik olurlar.
Bu teleqramlardan birinin müəllifi Almaniyada yaşayan görkəmli türkoloq, Heydər Əliyevin yaxın dostu Əhməd Şmidedir. Onun gönuərdiyi teleqramda deyilir: Ailəmin və dostlarımın böyük hamisi, qoruyucusu, Azərbaycan-türk millətinin qayğıkeş, mehriban atası, el ağsaqqalı Heydər Əliyevin dünyasını dəyişməsi məni dərindən sarsıtdı. Onun haqqında keçmiş zamanda danışmaq böyük xətadır. O, mənim üçün daim yaşayacaq, ali güvənc yerim olacaqdır. Nəhəng dövlət xadimi, türk milli tarixində silinməz izlər buraxmış, Mustafa Kamal Atatürklə bir sırada dayanmış ulu, unudulmaz bir şəxsiyyət kimi Heydər Əliyev hamımızın qəlbində əbədi yaşayacaqdır. O, təkcə Azərbaycan tarixində deyil, həm də dörd min illik türk dövlətçilik tarixində ölməz lider kimi qalacaqdır.
Mən və ailəm onun arxasınca göz yaşı tökməklə bərabər, elə bir tarixi şəxsiyyətin dostluğunu qazandığımız üçün fəxr edirik.
Ona Allahdan qəni-qəni rəhmət, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaş və bacılarıma başsağlığı verib, səbr diləyirəm.