MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında klassik musiqi axşamı keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində aprelin 26-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə) konserti keçirilib. İspan violonçelçisi Pablo Ferrandes klassik musiqi axşamının solisti olub.
Konsertdə dünyaşöhrətli görkəmli bəstəkarlar Cüzeppe Verdi, Kamil Sen-Sans və İqor Stravinskinin əsərləri səslənib.
Bakılı tamaşaçılar konserti böyük maraqla qarşılayıblar.