İQTİSADİYYAT
“Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində yeri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 10 oktyabr (AZƏRTAC). Dövlət Torpaq Kadastrı və Monitorinqi Elmi İstehsalat Mərkəzi (DTKMEİM) və Dövlət Yer Quruluşu Layihə İnstitutu (DYQLİ) “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində yeri” mövzusunda elmi-praktiki konfrans keçirmişlər.
AZƏRTAC xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən konfransda komitənin sədr müavini Azad Nağıyev müstəqillik dövründə ümummilli lider Heydər Əliyev tərəfindən aparılan torpaq islahatlarının əhəmiyyətindən danışmışdır.
DTKMEİM-in direktoru Nazim İsmayılov 20 illik müstəqillik dövründə Azərbaycanın hərtərəfli inkişafında ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən söz açmış, DYQLİ-nin direktoru Füzuli Cəfərov isə 20 ildə torpaqlardan səmərəli istifadə sahəsində aparılan işlər barədə ətraflı məlumat vermişdir.