Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hicran Hüseynova: Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin prioritet sahələrindəndir

Hicran Hüseynova: Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin prioritet sahələrindəndir

Roma, 21 aprel, AZƏRTAC

İtaliyanın “L'opinione” xəbər portalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın müsahibəsi yayılıb. Müsahibəni təqdim edirik.

Azərbaycanda qadınların mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz? Qadınlar rəhbər vəzifələrdə təmsil olunurlarmı?

-Yaşadığı tarixi dövrdən, onun sosial- iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Müasir dövrdə, qloballaşma şəraitində dünyanın bir çox ölkələrində, hətta ən inkişaf etmiş ölkələrində demək olar ki, eyni problemlərə rast gəlinir: miqrasiya və urbanizasiya prosesi, onun mənfi və müsbət tərəfləri, məcburi qaçqın və köçkünlər, qadınlara və uşaqlara qarşı zorakılıq, erkən nikah və s.

XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdır. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bunlar sadəcə quru rəqəmlər deyil. Bu gün biz qaçqın və məcburi köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd edirik. Bütün bu çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Azərbaycan Hökuməti həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi üçün bütün qüvvəsini səfərbər etmişdir. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. İşlə təmin olunmuş köçkün qadınların sayı 53.230 nəfərdir. İki nəfər Milli Məclisin üzvü, 495 nəfəri dövlət işində, 16.351 nəfər təhsil sahəsində, 4543 nəfər səhiyyə sahəsində, 23.793 nəfəri isə kənd təsərrüfatı sahəsində çalışır. Bütün bunlara baxmayaraq, münaqişənin sülh yolu ilə və birdəfəlik həlli çox vacibdir. Ölkənin birinci xanımı, UNESCO VƏ ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərimizin vəziyyətinin dünya birliyinə çatıdırılmasında çox böyük xidmətləri vardır. Biz ümid edirik ki, aparılan bu mühüm iş və cənab Prezidentimizin səyləri ilə tezliklə torpaqlarımızı azad edəcəyik.

Bu gün Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Ölkəmizin sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Bu isə Azərbaycan Hökuməti və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir. Azərbaycan əhalisinin ümumi sayının 50,2%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların əldə etdikləri ictimai - siyasi, elmi, mədəni, sosial - iqtisadi və digər sahələrində əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycan Respublikası 85 rayon üzrə İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatmışdır. Qadın hakimlərinin də sayı yüksələrək 65 olmuşdur. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 84 nəfərdir. Notariuslardan 40 nəfəri qadındır. Diplomat qadınlarımızın sayı da artaraq 181olmuşdur. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 19%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16%-ə çatıb. 2009-cu ildə Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 26,7% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil etmişdir. 2014- cü ildə isə bu göstərici 35%-ə qalxmışdır. Bu gün aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Sabirabadda iki illik “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Bütün bu göstəricilər qadınlarımızın ildən - ilə fəallığının artmasının bariz nümunəsidir. Qadınlarımızın imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir. Elə dövlətin əsas məqsədi də onların cəmiyyətin həyatında daha aktiv iştirak etməsinə nail olmaqdır.

Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Əgər 90-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, sonralar həm qadın QHT-lərin, həm də rəhbəri qadın olan QHT-lərin sayı artdı. Hazırda təkcə 200 qadın təşkilatı fəaliyyət göstərir. Mən xüsusilə, ailə, qadın və uşaq problemlərinə dair layihələrin həyata keçirilməsində maliyyə dəstəyi vermiş Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rolunu qeyd etmək istərdim. Həmçinin, 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Qeyd etmək lazımdır ki, qadınlarin siyasi fəallığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən ilə artır. Belə ki, əgər 2010-cu ildə partiya üzvləri arasında qadınların xüsusi çəkisi 43,5%-idisə, 2014-cü ildə bu göstərici 46%-ə qalxmışdır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri - hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması çox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər.

Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsində yeni mərhələ başlanmışdır. Ölkənin iqtisadi inkişafı və siyasi nüfuzu onun beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etməsinə gətirib çıxarmışdır. Azərbaycan dövləti aparıcı ölkələrdə keçirilən sessiyalarda, konfranslarda iştirak edərək yeni təcrübələrin öyrənilməsinə müsbət yanaşır. Bu tədbirlərdə Azərbaycan dövləti həmin təşkilatlara üzv olur, beynəlxalq sənədlərin qəbulu prosesində də aktiv iştirak edir. Digər sahələrdə olduğu kimi, gender qadın hüquqlarının qorunması istiqamətində də Azərbaycan Respublikası bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. 2010-cu ildə Avropa Şurasının “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfransının keçirilməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi ilə eyni vaxta düşməsi mühüm əhəmiyyət daşıyırdı. 2012-ci ildə Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları İnsan Hüquqlarıdır, İnsan Hüquqları isə Qadınların Hüququdur” mövzusunda keçirilən Plenar İclas isə qloballaşma şəraitində qadın hüquqlarının müdafiəsi istiqamətində atılan vacib tədbirlərdəndir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilmişdir. Azərbaycan Respublikası bu tədbirlərdə aktiv iştirak etmişdir. Qeyd etmək istərdim ki, 2012-ci ildə birgə təşkilatçılıqla Qadın sahibkarların III Forumu da Bakıda keçirlmişdir. SPEKA - ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır. Və keçən il Bakıda Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığın inkişafı üzrə Beynəlxalq Konfransı keçirildi. Konfransın əsas məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Bu ildə növbəti Konfransa hazırlaşırıq. Digər mühüm bir tədbir isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının keçirilməsi oldu. Möhtərəm Prezident İlham Əliyev cənablarının Konfrans iştirkaçılarına müraciəti dövlətimizin bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini bir daha sübut etdi. Qeyd etmək lazımdır ki, gender bərabərliyi, qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur. Qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün belə tədbirlərin mühüm əhəmiyyəti vardır.

Sağlamlıq imkanları məhdud olan qadınlar, tənha analarla bağlı hansı işlər görülür?

-Ölkəmizdə bütün sosial təbəqələrdən olan insanların, xüsusilə həssas və risk qrupuna aid olan vətəndaşların hüquq və mənafeləri qorunur. Və bunu həm də hüquqi baxımdan da müşahidə edə bilərik. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin III bəndində qeyd olunur ki, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bundan başqa, qəbul olunan bütün qanun və normativ sənədlərdə sağlamlıq imkanları məhdud olan vətəndaşlar, tək valideynli ailələr, tənha analar və atalar üçün bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulur. Onların işlə təmin olunması, sosial müavinətlərin verilməsi, təhsillərini davam etdirmələri, müalicə olunması və reabilitasiyası ilə bağlı əlverişli şəraitin yaradılması dövlətimizin hər bir vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, bu təbəqədən olan insanlar ictimai aktivlik göstərir, cəmiyyətə reinteqrasiya olunmaq üçün dövlət tərəfindən yaradılan bütün imkanlardan istifadə edirlər. Belə ki, respublikada 40 - a yaxın əlil təşkilatı fəaliyyət göstərir, onların 15-nə qadın rəhbərlik edir. Bu təşkilatların sırasında 1 Əlil Qadınlar Cəmiyyəti, 1 “Sən tək deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyi, 1 “Ana və Uşaq” Sağlamlıq Mərkəzi var. Eyni zamanda, ailə başçısını erkən itirərək təkbaşına övlad böyüdən analar bir-birilərinə mənəvi dayaq olmaq üçün 1994-cü ildən "Sənsiz" xeyriyyə cəmiyyəti də fəaliyyət göstərir.

Azərbaycan qadınlarının tarixdə rolu barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər.

Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə (1918-cu ildə) ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb (1901-ci ildə) 114 il bundan qabaq Bakıda yaradılmışdır. Bu məktəbləri açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlamışdır. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və bu gün ölkədə savadsız qadın yoxdur. Həmçinin 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbuatı yarandı. “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün, bütün ziyalı vətəndaşları səfərbər edib. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, İlk qadın pedaqoq- Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq- Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın-Şəfiqə Axundova, ilk qadın balet ustası-Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam-Maral Rəhmanzadə, ilk qadın kino aktrisası - İzzət xanım Orucova, ilk qadın heykəltəraşı- Zivər Məmmədova, ilk həkim-ginekoloq - Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı- Məhsəti Gəncəvi (XII əsr), ilk uşaq pediatrı- Adilə Namazova, ilk qadın oftalmoloq Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva və başqaları. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. O, Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Əlbəttə, bu, bizim üçün fəxrdir. Müasir Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvüdür.

Azərbaycanda gender bərabərliyi necə təmin olunur?

- Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.1993-cü ildə, tariximizin həlledici dövründə xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və yaranan sarsılmaz sabitlik, ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi qadın hərəkatının inkişafına da güclü stimul verdi. Ümummilli Lider qadınların idarəetmə və hakimiyyətin bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Həmin illərdə ölkə rəhbərinin imzaladığı qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar oldu. 1995-ci ildə sentyabrın 4-dən 15-dək BMT-nin təşəbbüsü ilə Pekində keçirilən Qadın məsələlərinə dair 4-cü Ümumdünya Konfransında qadınlarımızın iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gətirdi. Bu tədbirə hazırlıq işləri bir il əvvəl başladı. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, Ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzaladı. Həmin Komitədə dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunurdu. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşdı. Ulu Öndər Heydər Əliyev bu məsələni xüsusi nəzarətdə saxladı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, 20-ci əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, ərazisinin 20%-ni itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirildi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.

Bildiyiniz kimi, Azərbaycan hökuməti dövrlərarası hesabatlar verir. Artıq hər Hesabatdan sonra verilən tövsiyələrin sayının az olması onu göstərir ki, Azərbaycan Hökumətinin və Dövlətin qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün qadınlara kişilərlə bərabər imkan və hüquqlar yaradır. 18 fevral 2015-ci il tarixdə Azərbaycan Hökumətinin Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya dair növbəti, V Dövri Hesabatı xüsusi Komitədə dinlənilmişdi. Müzakirələr zamanı BMT komitəsinin ekspertləri ötən illərdən indiyə qədər Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndirildilər. BMT Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi və sosial inkişafı, o cümlədən, dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətləri, qanunvericilik bazasının təkmilləşdirilməsini yüksək qiymətləndirdilər.

Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu, bütün sahə və istiqamətləri əhatə edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilmişdir. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. 2006-cı ildə Prezident İlham Əliyev cənablarının Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu fikrin əməli sübutudur. Eyni zamanda, hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010) Azərbaycan Respublikası Qanunları qəbul olunmuşdu. Bu proses davam edir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramının təsdiq edilməsi, eyni zamanda, Ailə Məcəlləsinə dəyişiklik edilərək tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi qüvvəyə mindi. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin Büdcənin və digər qanunvericilik sənədlərin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir. Bu sahədə də nailiyyətlər əldə etmişik.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyasının real nəticələri, qeyri- neft sektorunun dirçəldilməsi, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcəklər”.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir