Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Babaoğlu: Azərbaycan olduqca mürəkkəb tarixi mərhələdə mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi

Hikmət Babaoğlu: Azərbaycan olduqca mürəkkəb tarixi mərhələdə mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi

Bakı, 3 dekabr, AZƏRTAC

Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirildi. “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Bəs bu proses nədir və nəyə görə bu qədər dövlət və beynəlxalq təşkilat “İstanbul Prosesi”nə bu qədər ciddi əhəmiyyət verirlər?

AZƏRTAC-ın müxbiri bu sualla “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğluna müraciət edib.

Hikmət Babaoğlu deyib: “Bütün məsələ ondan ibarətdir ki, dünyanın yeni güc mərkəzi hər gün bir az daha dünyanın qəlbi adlandırılan Asiyaya doğru yuvarlanır. Bu, o deməkdir ki , gələcəkdə köhnə güc mərkəzi hesab edəcəyimiz Avratlantik məkana yeni rəqib yaranır. Bu tarixi prosesi əvvəlcədən görən və onu ləngitmək üçün hələ ötən əsrin 70-ci illərindən başlayaraq Asiyanı nəzarətə götürməyə çalışan Qərbin imperialist mərkəzləri bu mühüm siyasi coğrafiyada çoxsaylı münaqişələr yaratmağa və bununla regionu idarə etməyə cəhd etdilər. Ancaq bu günə qədər heç bir imperialist mərkəz regiona tam nəzarəti öz əlinə ala bilmədi. Siyasi tariximizin çox da uzaq keçmişi olmayan Əfqanıstan müharibəsi də, Taliban, Əl-Qaidə kimi qeyri-qanuni təşkilatlanmalar da, hətta Pakistan ilə Hindistan arasında bu gün də öz həllini tapmayan problemlər də qlobal imperializmin Asiya siyasətinin nəticəsi olaraq meydana çıxmışdı. Əslində “Asiyanın Qəlbi” adlandırılan bu geostrateji rayonda törədilən hadisələr də, terrorla idarəetmə metodları da həm də gələcəkdə Asiyanın başqa bir mühüm regionu - Yaxın Şərqin növbəti hərbi-siyasi poliqona çevrilməsi üçün bir növ məşq idi. Göründüyü kimi, yarım əsrdən artıq bir müddətdə davam edən bu prosesin hələ də sonu görünmür. Yəni, dünya əhalisinin 60 faizindən çoxunun yaşadığı, eyni zamanda, dünya iqtisadiyyatının olduqca mühüm bir hissəsinin formalaşdığı bu regionda imperialist mərkəzlər davamlı nəzarət mexanizmi formalaşdıra bilmirlər. Ona görə də daha çox münaqişələr yaratmaqla daha dərinə nüfuz etməyə çalışırlar. Bu prosesdə isə ən çox əziyyət çəkən Əfqanıstandır. Bu ölkə özünün geostrateji mövqeyi ilə olduqca əhəmiyyətlidir. Çünki bir növ regionun giriş qapısı olmaqla Avropadan quru yolla gələn çox mühüm kommunikasiya və yolların başlıca tranzit qovşağıdır. Ona görə də dünya siyasətini müəyyənləşdirən bir sıra dövlətlər və onların nəzarətində olan beynəlxalq təşkilatlar hər nə qədər Əfqanıstana sülh və sabitlik gətirməyə cəhd göstərdiklərini iddia etsələr də, əslində daha çox öz maraqlarını təmin etməyə çalışırlar. Belə bir mürəkkəb mərhələdə qardaş Türkiyənin təşəbbüsü ilə 2011-ci ildə “İstanbul Prosesi” başladıldı. Yəni, yarım əsrdən çox bir dövr ərzində ilk dəfə regional və yerli dinamiklər tərəfindən Əfqanıstana, dolayısı ilə bütövlükdə Asiyaya sabitlik gətirə biləcək real və səmimi bir proses başladılmış oldu. Azərbaycan da cəmi bir il sonra regionun mühüm və çevik siyasətə sahib bir ölkəsi kimi bu prosesə qoşuldu. Bu, bizim milli maraqlarımız baxımından mühüm bir dialoq və tərəfdaşlıq platformasıdır. Elə Bakıda baş tutan nazirlərin 7-ci konfransında qəbul edilən Bəyannamədə öz əksini tapan və beynəlxalq hüquqla əsaslandırılan prinsiplər də əslində iştirakçı dövlətlərin hər biri tərəfindən bir daha ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi kimi başa düşülməlidir. Nəzərə alsaq ki, Asiyada 56 dövlət var və onların içərisində Çin, Hindistan, Pakistan kimi gələcəkdə dünya siyasətində daha çox söz sahibi olacaq ölkələr yer alır, o zaman bu konfransın və qəbul edilən bəyanatın əhəmiyyətini bir daha anlamış olarıq. Bu tərəfdaşlıq formatı regionumuza siyasi sabitlik və təhlükəsizliklə bərabər, həm də ciddi iqtisadi əməkdaşlıq perspektivləri vəd edir. Təsadüfi deyil ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirilən meqalayihələrdən danışdı və Əfqanıstanın da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması perspektivlərinə toxundu. Bütün bunlar bir daha onu göstərir ki, “Asiyanın Qəlbi- İstanbul Prosesi” Azərbaycanın strateji maraqlarının həyata keçirilməsi baxımından da mühüm bir prosesdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb