SİYASƏT
HULUSİ KILIÇ: “TÜRKİYƏ CÜMHURİYYƏTİNİ AZƏRBAYCANLI QARDAŞLARIMIZLA BİRGƏ QURDUQ”
AZƏRTAC xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç jurnalistlərə müsahibəsində demişdir: “Türkiyənin milli bayramı Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Bundan çox şadıq. Türkiyə Cümhuriyyətini azərbaycanlı qardaşlarımızla birgə qurduq. Çanaqqala savaşında, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və Türkiyənin Qurtuluş Savaşında birlikdə iştirak etdik. İndi cümhuriyyətimiz 85 yaşında ən uzunömürlü cümhuriyyətlərdəndir. İnşallah, bu cümhuriyyət əbədi yaşayacaqdır”.