Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İcbari sığorta bürosu icbari sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırır

İcbari sığorta bürosu icbari sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırır

Bakı, 16 may, AZƏRTAC

İcbari sığorta bürosu vətəndaşları icbari sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırır.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, ölkədə icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi hər bir icbari sığorta sinfi üzrə tənzimləyici orqan tərəfindən müəyyən edilmiş sığorta haqları əsasında baş verir və bu məbləğlərdən kənara çıxmalar yolverilməzdir. Bununla belə, icbari sığorta müqavilələri əldə edərkən sığorta vasitəçiləri tərəfindən bir sıra hallarda vətəndaşlara endirimlər və güzəştlər təklif olunur. Hazırda bu hallara əsas etibarilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) sahəsində rast gəlinir. İcbari Sığorta Bürosu sığorta vasitəçilərinin və sürücülərin nəzərinə çatdırır ki, AVSMMİS müqavilələri bağlayan zaman bu cür endirimlərin və hər hansı güzəştlərin tətbiqi qanunaziddir və nəticə etibarilə sığortalıların hüquqlarının pozulmasına yol açır.

Qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur.

Təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtonəqliyyat vasitəsinin deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir; belə ki, onun fikrincə, məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasibdir. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir - hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur.

Endirimli icbari sığorta hadisəsi baş verdikdə daha kiçik məbləğdə sığorta ödənişi ilə nəticələnə bilər.

Əfsuslar olsun ki, bu gün ədalətli oyun qaydalarını pozaraq daha çox gəlir götürmək istəyən bəzi sığorta şirkətlərinin öz satış təmsilçilərini bu cür arzuolunmaz davranışlara təhrik etməsi halları da mövcuddur. Qanuna əsasən, sığortaçı icbari sığorta satışından daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Lakin bəzi hallarda sığortaçı öz agentinə müştəriyə bundan da aşağı məbləğlər müqabilində icbari sığorta satışı təklif etməsini tapşırır, bu isə sığortaçının sığorta ödənişləri üçün nəzərdə tutulan ehtiyatlar fondunun azalması hesabına mümkün olur.

Bunu əyani misalla aydın şəkildə belə təsvir etmək olar: 100 manatlıq icbari sığorta müqaviləsinin 20 manatı həmin müqavilənin satışının təşkili üzrə çəkilmiş xərclər və sığorta şirkətinin öz agentinə verdiyi mükafatdan ibarətdir, yerdə qalan 80 manat isə həmin müqavilə üzrə yarana biləcək öhdəlik üzrə xərclənməsi məqsədilə nəzərdə tutulan ehtiyatı formalaşdırır. Lakin agentin müştəriyə təklif etdiyi qeyri-qanuni endirim nəticəsində sığorta şirkəti həmin 80 manatın əlavə 15 manatını da vasitəçiyə verirsə, nəticədə ehtiyat fondu 65 manatadək azalır. Gələcəkdə sığorta hadisəsi baş verdikdə, sığorta şirkəti itirilmiş həmin 15 manatı bərpa etmək üçün ödəniş məbləğini müxtəlif yollarla azaltmağa çalışır. Nəticədə isə bundan uduzan müştəri olur; vaxtilə 15 manat qənaət etməsi müqabilində indi bundan qat-qat böyük məbləğlərdə ödənişdən məhrum olur və həmin məbləği qarşı tərəfə öz cibindən ödəməli olur.

Bir sözlə, vətəndaşlara təklif olunan endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirləri hesabına əldə edilir, bu isə sığorta hadisəsi zamanı yaranacaq sığorta tələbinin sığorta şirkəti tərəfindən daha aşağı keyfiyyətlə təmin edilməsi ilə nəticələnəcəkdir. Bu səbəbdən, müştərilər daha ucuz yox, daha keyfiyyətli xidmət göstərən şirkətlərə üz tutmalıdır. Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyəti isə sığorta hadisələri zamanı ödənişlərin vaxtında və tam həcmdə təmin edilməsi ölçülür.

Məhz buna görə, yəni icbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilib.

İcbari sığortada endirimlər sistem xarakterli problemlərə yol açır.

İcbari sığorta sinifləri üzrə sığorta tarifləri dünya təcrübəsində dövlət tərəfindən minimal tələblər nəzərə alınmaqla müəyyən edilir və bu zaman o yanaşma əsas götürülür ki, sığorta hadisələri nəticəsində zərərçəkənlərə dəymiş zərərin əvəzini həmin icbari növ üzrə yığılmış bütün sığorta haqları hesabına tam həcmdə ödəmək mümkün olsun. Bu səbəbdən, qüvvədə olan sığorta haqlarına hər hansı qanunsuz endirimlərin və ya güzəştlərin tətbiqi yolverilməzdir və ümumi icbari sığortalar sistemi üzrə sığorta şirkətlərinin ödəniş qabiliyyətinə mənfi təsir göstərir.

Bundan əlavə, sığorta şirkətləri endirimlə icbari sığorta satdıqda, sığorta ödənişi zamanı ehtiyat fondunun kəsirlərini doldurmaq üçün yeni satışlardan daxil olan sığorta haqlarını cari sığorta ödənişlərinə yönəltməyə məcbur olurlar. Piramidal sxem üzrə aşağıdan yuxarıya doğru davam edən bu proses son nəticədə piramidanın ən yüksək nöqtəsində iflasa uğramağa məhkumdur. Yəni, sığorta ödənişlərini bir müddət bu cür təmin edən sığorta şirkəti yekunda ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq, bundan isə həm şirkət özü, həm də ümumilikdə sistem əziyyət çəkəcək.

İcbari sığortanızı əldə edərkən bu məqamlara diqqət yetirin: əldə etmək istədiyiniz icbari sığorta üzrə sığorta haqqını hesablamaq üçün İcbari Sığorta Bürosunun veb-saytında olan sığorta kalkulyatorundan istifadə edin; sığorta agentlərinin icbari sığorta növləri üzrə təklif etdiyi müxtəlif “endirimli aksiyalara və kampaniyalara” uymayın. Bunlar qanunaziddir; icbari sığortanızı bilavasitə sığorta şirkətlərinə müraciət etməklə və ya lisenziya əsasında qanuni fəaliyyət göstərən peşəkar sığorta agentləri və ya sığorta brokerləri vasitəsilə əldə edin. Bununla lisenziyası olmayan, təsadüfi gəlir əldə etmək məqsədi güdən işbazlardan özünüzü qorumuş olacaqsınız; elektron icbari sığorta müqaviləsi bağladıqdan sonra sistemə daxil edilən məlumatların doğruluğundan əmin olmaq üçün sığortaçınıza müraciət edərək müqavilənizə dair çıxarışı tələb edin; sizə endirimli icbari sığorta təklif edən sığorta vasitəçiləri ilə bağlı İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verin.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya