Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq

İcbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq

İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək

Bakı, 4 dekabr, Laçın Sultanova, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində ölkədə icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirməsini planlaşdırır. Bu sistemin əhəmiyyəti və tətbiqi ilə bağlı AZƏRTAC-ın suallarını AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- İcbari tibbi sığortanın tətbiqi əhaliyə nə vəd edir?

- Əvvəlcə tibbi sığortanın inkişaf tarixi haqqında çox qısa məlumat verim. Bu sistem ilk dəfə Almaniyada 1883-cü ildə tətbiq olunub. Zaman keçdikcə tibbi sığorta sistemi dünyanın əksər ölkələrinə yayılıb və inkişaf edib. Əslində 1883-cü ilə qədər də Almaniyada sənətkarlar tibbi xidmətlərin qiymətinin artması və onlar üçün bu xidmətlərdən istifadənin əlçatan olmaması səbəbindən sığorta (xəstəxana) kassa fondu kimi yaratmışdılar. Təbii ki, bu könüllü idi, sənətkarlar və onların ailələri kassada toplanan vəsaitlər hesabına tibbi xidmət alırdılar. Bunu həm də sənətkarların qarşılıqlı yardımlaşması və həmrəyliyi adlandırmaq olar. Kapitalizmin inkişafı ilə sənətkarların bu həmrəyliyi rəsmiləşdirilərək kassa yığım fondları işçilərin əməkhaqqından toplanan xəstəlik sığortası fondları ilə əvəz edilib. Bu icbari idi. Fondlar işçilərin və işəgötürənlərin ayırmalarından formalaşırdı. Toplanan vəsaitlər hesabına işçi və işəgötürənlərə tibbi xidmətlər göstərilirdi.

Hər kəs çox gözəl bilir ki, yaşından, cinsindən, yaşadığı ərazidən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq heç bir şəxs xəstəlikdən sığortalanmayıb. Xəstəlik hər an hər bir insanın “həyat qapısını” döyə biləcək “amansız və gözlənilməz qonaqdır”. Hər kəs bu “amansız və gözlənilməz qonağı qarşılamaq” iqtidarında olmalıdır. Məhz icbari tibbi sığorta sisteminin tətbiqi ilə bu mümkündür. Əks halda nəticə faciəli ola bilər.

Bilirsiniz ki, son 100 ildə bir tərəfdən ətraf mühitin çirklənməsi, qida çatışmazlığı, geni dəyişdirilmiş məhsullar və s. səbəblərdən dünyada xəstəliklərin və xəstələnənlərin sayının artması, digər tərəfdən daim artan qiymətlər, inflyasiya, təbəqələşmənin və sosial problemlərin dərinləşməsi, iqtisadi böhranlar və s. səbəblərdən yaranan yoxsullaşma, digər bir tərəfdən də səhiyyə sistemində müasir tibbi avadanlıqlardan və texnologiyalardan istifadə tibbi xidmətlərin də qiymətinə təsir göstərmişdi. Nəticədə aşağı və orta gəlirli insanlar üçün tibbi xidmətlər əlçatmaz olmuşdur. Bu gün hətta inkişaf etmiş ölkələrdə belə hökumətlər tibbi xidmətlərin maliyyələşməsini tam olaraq öz üzərilərinə götürə bilmirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda dünya əhalisinin ən azı yarısı hələ də əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmur. Milyonlarla insan xəstəliklər və tibbi xidmətlərin əlyetər olmaması səbəbindən dünyasını dəyişir, əlil olur, iş yerini itirir, yoxsullaşır. Odur ki, dövlətlər, hökumətlər əhalinin sağlamlığını qorumaq üçün tibbi xidmətlərin hər kəs üçün əlçatan olması üçün yollar axtarırlar. Bunun üçün də bütün əhaliyə təməl tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əlavə maliyyə mənbəyi tapmaq, həmçinin tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün islahatlar aparılır. Hazırda ən mütərəqqi yol həmrəylik prinsipinə əsaslanan icbari tibbi sığortanın tətbiq olunmasıdır. Bu o deməkdir ki, işçi və işəgötürənlər tibbi sığorta haqqı ödəməklə toplanan vəsaitlə tibbi xidmətləri hər kəs üçün əlçatan edirlər. Yəni icbari tibbi sığorta yuxarıda sadalanan problemlərin həlli edilməsi üçün mühüm vasitədir.

- Azərbaycanda icbari tibbi sığorta sisteminin əsas mühüm sosial əhəmiyyətini necə ifadə etmək olar?

- 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığortanın geniş tətbiqinə başlanılacaq. Bu sistem ölkə əhalisi üçün həyati əhəmiyyət daşıyır. Bilirsiniz ki, 2017-ci ildən Mingəçevir, Yevlax və Ağdaşda bu sistem uğurla sınaqdan keçirilib. Gələn ildən bu sistemin bütün ölkə ərazisində mərhələli tətbiqi nəzərdə tutulub. Lakin əhalinin, tibbi heyətin, işəgötürən və işçilərin icbari tibbi sığortanın mahiyyəti və əhəmiyyəti, sığorta haqlarının toplanması, göstəriləcək xidmətlərlə bağlı məlumatsızlığı müşahidə edilir. Hesab edirik ki, bu sistemin tətbiqi ilə bağlı əhalinin marifləndirilməsi vacibdir. Hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, İcbari Tibbi Sığorta Agentliyinin təşkilati dəstəyi ilə QHT-lər, KİV-lər maarifləndirmə istiqamətində işlər görürlər.

AMEA İqtisadiyyat İnstitutu, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi bu prosesdə yaxından iştirak edir. Məqsədimiz insanları maarifləndirmək, icbari tibbi sığortanın sosial əhəmiyyətini onlara çatdırmaqdır. Bu sistem səhiyyə sahəsində mövcud olan bir sıra neqativ halların da qarşısının alınması ilə yanaşı, tibbi heyətin əməkhaqqının artmasına, səhiyyə sistemində şəffaflığın yaranmasına, insanların xəstələndiyi anda müayinə və müalicə olunmasına şərait yaradacaq. 2020-ci ilin sonuna qədər bütün ölkə ərazisində insanlar 3000 diaqnoz və xəstəlik üzrə pulsuz müayinə və müalicə olunmaq imkanı qazanacaq. Bu əlillərin sayının azalması, xəstəliklərin qarşısının erkən mərhələdə alınması , orta ömür müddətinin artması, insanların iş həyatında daha fəal olması, eyni zamanda, yoxsulluqla mübarizə deməkdir. Bu sistem ölkədə insan kapitalının inkişafına da müsbət təsir göstərəcək.

Azərbaycanda bu sistemin regionlardan başlanması daha önəmlidir. Bir statistikanı diqqətinizə çatdırmaq istəyirəm. 2018-ci ildə yaşı 18-dək olan 5800 nəfər uşağın sağlamlıq imkanlarının məhdud olduğu müəyyən edilmişdir. Şəhər yerlərində onların sayı 800 nəfər, kənd yerlərində 5000 min nəfərdir. Eyni zamanda, ilk dəfə əlilliyi müəyyən edilən 18 və yuxarı yaşda olan insanların sayı ölkə üzrə 18500 nəfər, şəhər yerlərində 3900, kənd yerlərində 14600 nəfər olmuşdur. Böyük ehtimalla bunların bir qismi səhiyyə xidmətlərinin zamanında əlçatan olmaması səbəbindən əlil olmuşlar.

- Bu sistem necə işləyəcək? Bütün əhali icbari tibbi sığortadan yararlana biləcəkmi?

- Təbii ki, bütün əhali yararlanacaq. Lakin bu sistemin qısa müddətdə bütün ölkədə tətbiq olunması texniki-texnoloji və təşkilati baxımdan çətinlik yarada bilər. Çünki sistemin işləməsi üçün proqram təminatı, elektronlaşdırma sisteminin yüksək səviyyədə qurulması tələb olunur. Bu səbəbdən sistemə mərhələli, lakin mümkün qədər qısa müddətdə keçid olmalıdır. Mərhələli keçid, həm də ona görə əhəmiyyətlidir ki, birinci mərhələdə yaranacaq problemlər sonrakı mərhələlərdə aradan qaldırılacaq. Beləliklə həm əlavə vəsait itkisinin qarşısı alınacaq, həm də sistem daha effektli işləyəcək.

Ən önəmlisi insanlar xəstələndiyi anda sığorta hüququndan istifadə etməklə ilkin tibbi xidmətlərə müraciət edə biləcək. Bu çox önəmlidir. Çünki müayinə, müalicə üçün tələb olunan xidmətlərin bahalı olması səbəbindən insanlar vaxtında yəni xəstəliyin ilkin mərhələsində həkimə müraciət edə bilmirlər. Nəticədə xəstəlik ağırlaşır, digər orqanların da sıradan çıxmasına səbəb olur. Bu zaman xəstənin sağalması daha böyük zaman və xərc tələb edir. İcbari tibbi sığortanın tətbiqi bu problemləri azaldacaq, insanlar xəstəlik kəskinləşmədən, yəni başlanğıc mərhələsində tibbi xidmətlərdən istifadə edə biləcəklər.

- Sistemin maliyyələşməsi necə olacaq?

- Bu günlərdə, daha doğrusu dünən Milli Məclisin növbəti plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, icbari tibbi sığorta baza və əlavə zərflərdən ibarət olmayacaq. Bunlar birləşdirilərək vahid toplu şəklində xidmətləri - ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsindən ildə adambaşına 90 manat, ortalama 900 milyon manat icbari tibbi sığorta haqqı ayrılacaq. Bundan başqa işçi və işgötürənlərdən, fiziki sahibkarlardan toplanan vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə resurslarını özündə cəmləşdirməklə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək.

Diqqətinizə çatdırım ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması nəzərdə tutulub. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Ümumilikdə əhaliyə 3000 adda diaqnoz və xəstəliklər üzrə tibbi xidmət göstəriləcək. Əlbəttə insanların sağlamlığının qorunması, xəstəliyin və maddi imkansızlığın yaratdığı psixoloji sıxıntılar minimuma enəcəkdir ki, bu da çox böyük bir işdir. Nəticədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY