Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan, Sizə cansağlığı və səadət, xalqınıza sərhədsiz tərəqqi və firavanlıq bəxş etməyi Uca Allahdan diləməkdən böyük məmnunluq duyuram. Allah bizə Öz rəhmətini bəxş etsin. Bütün müsəlman ümmətinin nəsibi sülh və əmin-amanlıq olsun.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

Salim bin Məhəmməd əl-Malik

ICESCO-nun Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin