Azərbaycan Dövlət İnformasiya Agentliyi

İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasındakı inkişaf proseslərini, ölkənin nailiyyətlərini diqqətlə izləyirik. Azərbaycanın yüksəlişi, bütün sahələrdə əldə etdiyi uğurlar bizim üçün qürur mənbəyidir.

Sizin qətiyyətli liderliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beşinci ildönümü qeyd edilən Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının bayramıdır. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir.

Fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

 

Ziya Zakir Acar

İğdır Azərbaycan Evinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin