Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İlahiyyat İnstitutunun rektoru: Dini radikalizm elə bir bəladır ki, bundan din də, cəmiyyət də zərər görür

İlahiyyat İnstitutunun rektoru: Dini radikalizm elə bir bəladır ki, bundan din də, cəmiyyət də zərər görür

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edənlər “Mehdinin xidmətçiləri birliyi” (İttihadü xüddam əl-Mehdi) adlı radikal təşkilata mənsubdurlar. Təşkilatın lideri 1979-cu il təvəllüdlü küveytli “din xadimi” Yasir əl-Həbibdir. İnternetdə sözügedən təşkilat və onun lideri haqqında kifayət qədər məlumat olduğuna görə, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq törədilmiş hadisə haqqında fikirlərimi bölüşmək istəyirəm.

Londondakı hadisədən sonra diqqətimi çəkən ən mühüm məqam ondan ibarət oldu ki, dini, məzhəbi, siyasi kimliyindən asılı olmayaraq, Azərbaycan xalqının böyük əksəriyyəti eyni mövqedən çıxış edərək dövlətçiliyimizə, dövlətçiliyimizin atributlarına nə qədər bağlı olduqlarını nümayiş etdirdi. Bu və daha əvvəl radikalların xüsusilə sosial şəbəkələr vasitəsilə müqəddəs dəyərləri istismar edərək inanclı insanları istədikləri məcraya yönəltmək cəhdləri puç oldu. Onlara qarşı ilk sərt reaksiya verənlər arasında inanclı insanlarımız xüsusən seçildi. Bizim xalq budur!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov deyib. O bildirib ki, mənfur qüvvələr nə qədər çalışsalar da, maliyyə imkanlarından istifadə edərək zəhərli ideyalarını nə qədər yaymağa cəhd göstərsələr də, heç vaxt Azərbaycan xalqı onların arxasınca getməyib və getməyəcək. Bunun ən böyük sübutu tarixdir. Məşhur coğrafiyaşünas alim Yaqut Həməvi (1179-1229) “Mücəmül-büldan” əsərində Azərbaycan əhalisinin mülayim xasiyyətli olduğunu yazır. Digər müəlliflərin də əsərlərində bənzər fikirlərə rast gəlirik. Deməli, bizim ictimai strukturumuzda heç vaxt radikal meyillər aparıcı rola malik olmayıb. Təsadüfi deyil ki, XII-XIII əsrlərdə yaxın ətrafımızda o dövrün radikal dini təşkilatı olan həşşaşiliyin (həşişilik) mənsubları at oynatdığı halda, Gəncədə xalq onları radikal fəaliyyətlərinə görə linç etmişdi.

“Bu hadisə, eyni zamanda, bizə özlərini guya din müdafiəçisi kimi qələmə verən radikalların əsl mahiyyətini anlamağa kömək etdi. Gördük ki, özünə İslam müdafiəçisi deyən belə qruplar əslində islami dəyərlərdən nə qədər uzaqdırlar. Uzaq olmasalar üstündə İslamı simvolizə edən rəngi daşıyan bayrağımızı yerə atmazdılar. Onlar bunu etməklə islami dəyərləri də tapdaladılar. Belə qruplar dini dəyərləri insanların gözündən salmaq işində də mahirdir. Sözügedən qrup guya Əhli-beytin, İmam Hüseynin yolundan getdiyini iddia edir. Halbuki Əhli-beytin təbliğ etdiyi dəyərlərdən nə qədər də uzaqdırlar! Əhli-beyt imamları öz əxlaqi keyfiyyətləri ilə yaşadıqları dövrdə hətta onlara qarşı çıxanların belə, təqdirini qazanmışdılar. Azərbaycanda həm keçmişdə, həm də dövrümüzdə xalq və dövlət səviyyəsində Əhli-beytə böyük hörmət, ehtiram göstərilib. Məhz bu ehtirama görə, hələ iqtisadi baxımdan ölkəmizin zəif olduğu bir dövrdə, 1994-cü ildə ulu öndər Heydər Əliyev sovet dövründə yerlə-yeksan edilmiş Bibiheybət məscidinin inşa edilməsi barədə Sərəncam imzalayıb və 1998-ci ildə məscidin açılışında iştirak edib. 2008-ci ildə isə məscid rekonstruksiya edilib və Prezident İlham Əliyev açılışda iştirak edib. Əhli-beyt yadigarlarına aid başqa bir ziyarətgah - Gəncə İmamzadəsi də ölkə rəhbərinin Sərəncamı ilə demək olar ki, yenidən inşa edilib. Belə faktlar çoxdur və bunlar Azərbaycan dövlətini Əhli-beytə qarşı olmaqda ittiham edənlərin yalanlarının qarşısında böyük bir sipər kimi durur.

Belə bir kəlam var: Ən təhlükəli yalan, içində düz olan yalandır. Radikal qrupların düşüncələri məhz belədir. Onlar öz yalanlarının içinə dini terminləri, hamının ehtiram göstərdiyi şəxslərin kəlamlarını qataraq zəhərli ideyalarını insanlara şirin göstərməyə çalışırlar. Amma bunu etməklə ilk növbədə dini dəyərləri gözdən salmağa, çirkin göstərməyə xidmət edirlər. Təəssüf ki, İslam dünyasında bunlara inanan cahil insanlar tapılır. Yaxın Şərqi məzhəb ədavəti məkanına və qan gölünə çevirən məhz belə qruplardır. Bir neçə il əvvəl BBC “Yayım nifrəti azadlığı” (Freedom to Broadcast Hate) adlı sənədli film hazırlamışdı. Bu filmdə İslam dünyasında məzhəblərarası ədavət yaradan şəxs və qruplardan, onların maliyyə mənbələrindən söhbət açılırdı. Orada iki iraqlı ailənin faciəsi diqqətimi xüsusilə cəlb etdi. Bu ailələrdən biri şiə məzhəbinə mənsub idi və ailənin 3 oğlu radikal bir “sünni” qruplaşmasının məhəlləyə qoyduğu bombanın partlaması nəticəsində həyatlarını itirmişdi. İkinci ailə sünni məzhəbinə mənsub idi. Ailə başçısını radikal “şiə” qruplaşması öldürmüşdü. Evin xanımı isə şiə məzhəbinə mənsub idi. Xanımın sözləri insanın ürəyini dağlayırdı: “Ərim sünni idi, mən isə şiə. O, şiələri sevirdi. Mənim məzhəbimdən olduğunu iddia edənlər onu öldürdü. İndi uşaqlarım mənə deyir ki, atamızı sizinkilər öldürüb. Bu səbəbdən onlar xala və dayılarıgilə getmir, onlarla danışmırlar. İki od arasında qalmışam. Bu hadisələrdən hər iki tərəf uduzdu, həm şiələr, həm sünnilər. İndi siz mənə deyin, bunun günahkarı kimdir?”. Qadının sualı qarşısında mənəvi əzab çəkdiyimi xatırlayıram. Özümü da bu sualın ünvanlandığı şəxslərdən biri kimi hiss etdim, özümü də günahkar saydım. Ona görə ki, mən də ilahiyyatçı aliməm. Fikrimcə, İslam dünyasının bütün alimləri və ziyalılarıdır qadının sualının müxatəbləri. İslam dünyasındakı ilahiyyatçı alimlər olaraq dinin mötədil mahiyyətini və radikal qrupların əsil simasını insanlara yetərincə çatdırmamışıq ki, cəhalət və ədavətin zəhərli toxumlarını cəmiyyətə səpən belə radikal qruplar az da olsa, özlərinə tərəfdar tapa bilirlər. Əlbəttə, radikalizmin yaranma və yayılmasında təkcə dini səbəblər rol oynamır. Məsələnin siyasi, ictimai, psixoloji və iqtisadi aspektləri də var.

Amma mən bir ilahiyyatçı olaraq dini səbəblər haqqında fikir yürüdə bilərəm.

Fikrimcə, radikalların dini baxımdan yol verdikləri bir çox metodik yanlışlar var. Bunları belə sıralamaq mümkündür:

1.Dini mətnləri (Quran və hədislər) kontekstdən çıxararaq təqdim etmək. İslam dini üzrə mütəxəssislər yaxşı bilirlər ki, Quran ayələrinin səbəbi-nüzulu, yəni nazil olma səbəbləri var. İslam alimləri də hökm verərkən bunu nəzərə alırlar. Hədislərdə isə buna səbəbi-vürud deyilir. Məsələn, əgər məkkəli bütpərəstlərlə döyüş əsnasında nazil olan ayələrin və ya Peyğəmbərimizin hədislərinin səbəbi-nüzulunu bir kənara qoyub, onları günümüzdə tətbiq etməyə çalışsaq, radikalizm çuxuruna düşməkdən qurtula bilmərik. Radikal qrupların, demək olar ki, hamısı bu nüansı nəzərə almır. Məhz belə yanaşmanın nəticəsidir ki, məsələn, onlar Əfqanıstanda müsəlmanların əsrlər ərzində toxunmadığı və hətta qoruduğu Budda heykəllərini İslamdan əvvəl Kəbədə mövcud olmuş bütlərlə müqayisə edib dağıtdılar.

2.Dini müəyyən bir dövrlə məhdudlaşdırmaq. Radikalların əsas səhvlərindən biri də İslamı müəyyən bir dövrə həbs edərək zaman və məkana uyğunlaşdırmamaqdır. Bu da nəticədə İslam dininin ümumbəşəriliyinə və bütün dövrlərə xitab etmə xüsusiyyətinə xələl gətirir. Əlbəttə ki, dinimizin ən təməl prinsipləri dəyişməz olmaqla zaman və məkanın fövqündədir. Məsələn, Tövhid prinsipinin dəyişməsindən və ibadətlərin dəyişməsindən söhbət gedə bilməz. Lakin zaman və məkanla əlaqəli elə hökmlər var ki, zamanın dəyişməsi ilə onların da dəyişməsi labüddür. Əks halda müsəlmanlar öz dövrlərinə uyğunlaşmaz və bu, həm İslamın geridə qalmış bir din kimi təqdim olunması ilə, həm də müsəlmanların geri qalmaları ilə nəticələnər. Qurani-Kərim “gözəl söz” kimi təqdim etdiyi İslamı belə xarakterizə edir: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (İslam) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (İbrahim, 14/24-25)”

Ayədəki “möhkəm kök” İslamın ümdə əsaslarıdır. Bu əsaslar dəyişən dünyanın selinə qapılıb yox olmamaq üçün müsəlmanlara dəyişməyən prinsiplər verir. “Ağacın hər vaxt bəhrə verən budaqları” isə İslamın dəyişən zaman və məkana uyğunlaşan tərəfidir. İslam elə bir sistemdir ki, kökü, yəni əsas prinsipləri sabit olmaqla birlikdə, bu sabit prinsiplər hər dövrdə öz bəhrəsini verir, yəni köhnəlmir və özünü dövrə uyğunlaşdıraraq hər dövrün insanına xitab edir. Budaqlar yenilənməzsə quruyar, qurumuş budaqları daşıyan gövdə isə bəhrə verə bilməz və nəticədə o da quruyar. İslama dövrün və məkanın şərtlərini nəzərə almadan yanaşan radikal qrupların bu fəaliyyətləri əslində İslamın kökünü qurudur və fərqində olsalar da, olmasalar da onlar İslamın ümumbəşəri bir din kimi gözdən düşməsinə və məhəlliləşməsinə xidmət edirlər.

Nəticə olaraq dini radikalizm elə bir bəladır ki, bundan din də, cəmiyyət də zərər görür. Bir də ölkəmizdəki tolerant mühiti pozmağa çalışan qüvvələr, bilərək və ya bilməyərək onların proksi mübarizəsinin alətinə çevrilənlər anlamalıdırlar ki, Azərbaycan inanclıları Həzrət Peyğəmbərin bu hədisini yaxşı dərk edirlər: “Mömin bir ilan yuvasından iki dəfə sancılmaz”, - deyə rektor Aqil Şirinov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır