İQTİSADİYYAT
İlin birinci yarısında investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib
Bakı, 15 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür”, - deyə nazir qeyd edib.