İQTİSADİYYAT
İlin əvvəlindən Bakı metropoliteni 54 milyon sərnişinə xidmət edib
Bakı, 9 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən 54 milyon nəfər istifadə edib.
Bunu AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Belə ki, metro ilə yanvar ayında 18 milyon 200 min, fevral ayında 17 milyon 800 min, mart ayında isə 18 milyon nəfər sərnişin daşınıb. Ötən ilin müvafiq dövründə isə 51 milyon 900 min sərnişin metro nəqliyyatının xidmətlərindən istifadə edib, bu isə 4 faiz artım deməkdir.
“Bu ilin ilk rübündə 1,2 milyon nəfər güzəştli gedişdən istifadə edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə eynilik təşkil edir”,- deyə Metropoliten təmsilçisi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]