REGİONLAR
İlk dəfə səs verəcək gənclərlə görüş
İsmayıllı, 23 yanvar, AZƏRTAC
İsmayıllıda gənclər və idman idarəsinin təşkilatçılığı ilə ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təşkil olunan tədbirdə çıxış edən gənclər və idman idarəsinin rəisi Taleh Salehov, 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının nümayəndəsi Hacıməmməd Məmmədov tədbirin maarifləndirici məqsəd daşıdığını söyləyiblər. Çıxışlarda 2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilər, seçkinin əhəmiyyəti, seçki hüququndan düzgün istifadə, səsvermə qaydaları, habelə ölkənin iqtisadi-siyasi mənzərəsi, bu sahədə gənclərin rolu barədə ətraflı məlumat verilib.
Görüşdə gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.