İMAMIN TALEYİNİ İRAQ MƏHKƏMƏSİ HƏLL EDƏCƏK
Baş nazir qeyd etmişdir ki, Nəcəf şəhərində keçən il aprelin 10-da şiə lideri Əbdül Məcid əl-Xoinin olümündə günahlandırılan imam əs-Sədr “məhkəmə orqanlarının ixtiyarına veriləcəkdir”.
İraqın keçid hökumətinin başçısı bildirmişdir ki, indi bütün hərbləşdirilmiş birləşmələrin buraxılması barədə fərman hazırlanır. Bu fərman Səddam Hüseyn rejiminə qarşı mübarizə aparan silahlı qruplara və koalisiya qüvvələrinə qarşı təxribatlar törədən partizan dəstələrinə də aiddir. Əllayinin dediyinə görə, Ən-Nəcəf və Əl-Kufə şəhərlərində yaradılan özünümüdafiə dəstələri də buraxılacaqdır.
Kürd partiyaları və İslam inqilabının Ali Şurası, eləcə də “Mahdi ordusu” hələlik baş nazirin bəyanatına münasibət bildirməmişdir. İyunun 5-də əs-Sədr Ən-Nəcəfdə şiələrin ruhani lideri Əl-əs-Sistani ilə görüşmüşdür. Görüş barədə heç bir məlumat verilmir. Müsəlmanların müqəddəs şəhəri sayılan Ən-Nəcəfdə isə sakitlikdir.
“Əl-Cəzirə” kanalı xəbər verir ki, Bağdad şəhəri yaxınlığında ABŞ hərbçiləri ilə “Mahdi ordusu”nun döyşçüləri arasında da toqquşma olmuş və silahlı dəstənin bir neçə üzvü öldürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]