İQTİSADİYYAT
İmişli REŞ müəssisəsində yenidənqurma işləri aparılır
Bakı, 17 dekabr (AZƏRTAC). Son üç ayda İmişli Regional Elektrik Şəbəkə (REŞ) Müəssisəsinin xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda, transformator məntəqələrində, o cümlədən komplekt transformator məntəqələrində və elektrikötürücü xətlərdə bir sıra yenidənqurma və təmir-bərpa işləri aparılmışdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisəyə aid olan “Qış yatağı”, “Zərdab”, “Seyidlər” ,“Qaradolaq” , Ağcabədi” və digər enerji obyektləri müxtəlif təyinatlı yenidənqurma işlərindən sonra normal iş rejiminə gətirilmişdir.
Hazırda 110/35/10 kilovoltluq “Saatlı Dartı” yarımstansiyasında 20 meqavoltamperlik gücündə transformator əsaslı təmir edilir. Təmir işləri yaxın günlərdə yekunlaşacaqdır.