İmişlidə yük maşını qəza törədib VİDEO
İmişli, 24 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə yük maşınının törətdiyi qəza nəticəsində rayona qazın verilişi dayandırılıb və avtomobil yolunda hərəkət məhdudlaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun “Ətraf yol” adlanan dairəvi avtomobil yolunda qeydə alınıb. Belə ki, Kamil Məmmədov idarə etdiyi yük maşını ilə hərəkətdə olarkən avtomaşının yük yerində olan iri qabaritli yük yolun üst hissəsindən keçən daşıyıcı qaz kəmərinə ilişib. Nəticədə qaz xətti yerindən çıxıb.
Yolda təhlükəsizliyin təmin olunması üçün əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. Həmçinin yolun açılması istiqamətində işlərin görülməsi üçün Qaz istismar sahəsinin əməkdaşları əraziyə gəlib.