İndoneziya sahillərində yük gəmisi batıb
Tokio, 5 iyun, AZƏRTAC
İndoneziyanın Mərkəzi Sulavesi əyaləti sahillərində yük gəmisi batıb.
AZƏRTAC axtarış-xilasetmə xidmətinə istinadla xəbər verir ki, hadisə nəticəsində 17 nəfər itkin düşüb.
Göyərtəsində 18 heyət üzvünün olduğu gəmi mayın 1-də qəzaya uğrayıb. Lakin hadisə barədə mayın 4-də, Hindistana məxsus “Nurbayaksar” gəmisinin heyəti zərərçəkənlərdən birini xilas etdikdən sonra məlum olub.
Axtariş-xilasetmə xidmətinin nümayəndəsinin bildirdiyinə görə, gəmi nəhəng dalğalar və pis hava şəraiti nəticəsində çevrilərək batıb. Mühərrik dayandıqdan sonra heyət üzvləri gəminin idarəsini itiriblər və nəhəng dalğalar onu çevirib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [19:08]
Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb
- 19.11.2026 [18:27]
FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq
- 19.11.2026 [16:58]