DÜNYA
İndoneziyada bayramdan sonra faciə yaşanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
İndoneziyada Bali bölgəsinin cənub-şərqində yerləşən iki kiçik adanı birləşdirən piyada körpüsünün uçması nəticəsində 30 nəfərdən çox insan həlak olub və yaralanıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, qəza oktyabrın 16-da axşam saatlarında induist bayramından qayıdan yüzlərlə zəvvarın körpü üzərindən keçdiyi zaman baş verib. İnsidentə konstruksiyanın həddən artıq yüklənməsinin səbəb olduğu ehtimal edilir.
Qəza nəticəsində həlak olanların dəqiq sayı məlum deyil. Yerli hökumət onların hamısının yerli sakinlər olduğunu və turistlərin xəsarət almadığını bildirib. İtkin düşənlərin axtarışları davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]