ELM VƏ TƏHSİL
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 641 nəfər qeydiyyatdan keçib
Bakı, 25 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 641 nəfər (BA - 179, BB - 462) qeydiyyatdan keçib. Qeydiyyat sentyabrın 1-i saat 10:00-dək aparılacaq.
İmtahanın başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək, "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.