İqtisadiyyat naziri Özbəkistanda görüşlər keçirib
Bakı, 1 avqust, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub, “Uztekstilprom” və “Uzbekipaksanoat” assosiasiyalarının sədrləri İlhom Haydarov və Bahrom Şaripovla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
M.Cabbarov biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdığını qeyd edib.