İQTİSADİYYAT
İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edəcəkdir
İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edəcəkdir
Bakı, 3 dekabr (AZƏRTAC). İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Tərtərdə dekabrın 6-na nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dekabrın 21-nə keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin gün saat 10:00-dan etibarən Tərtər Rayon Gənclər Mərkəzində (ünvan: Tərtər rayonu, Heydər Əliyev prospekti, 2) təşkil olunacaq qəbulda iqtisadiyyat və sənaye naziri Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, qurumun Yuxarı Qarabağ regional bölməsi (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.