İRAN DANIŞIQLARA HAZIRLAŞIR
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bildirmişdir ki, onun ölkəsi dünya birliyi ilə nüvə proqramına dair danışıqlar aparmaq üçün müəyyən məqam gözləmək qərarına gəlmişdir. O, jurnalitlərlə söhbətində demişdir ki, İranın etibarlı münasibətlər qurmaq strategiyası beynəlxalq birliyin onun nüvə proqramını rədd etməyəcəyinə təminat verməlidir. Ə.Laricani İsrailin İrana hücum təhdidləri barədə Frans Press Agentliyi nümayəndəsinin sualına cavabında bildirmişdir ki, onun ölkəsi bu təhdidləri ciddi qəbul etmir. O demişdir: “Biz İsrailin belə ritorik bəyanatlarını dəfələrlə eşitmişik. Əgər İsrail belə səhvə yol verərsə, onda ölkəni qarşısıalınmaz aqibət və əlavə problemlər gözləyər”.
Ə.Laricani İranın uranı ölkənin hüdudlarından kənarda saflaşdırmağa razılıq verməməsi məsələsinə toxunaraq demişdir ki, nüvə texnologiyaları çox bahadır və onları ölkənin hüdudlarından kənarda qurmaq, bir neçə ildən sonra İrana gətirmək iqtisadi baxımdan məqsədəuyğun deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]