Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İran investisiyalı şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollardan artıq investisiya yatırılıb [YENİLƏNİB] VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 400-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və onlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. İran Azərbaycanın ticarət tərəfdaşlarındandır və 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 60 faizə yaxın artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 27-də Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında deyib.

Tədbir İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.

İqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 3 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Bildirilib ki, ötən 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətlərinin 100-ə yaxın qarşılıqlı səfəri həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub.

Azərbaycan-İran arasında iqtisadi əlaqələrin inkişafında Dövlət Komissiyasının rolunu qeyd edən Şahin Mustafayev Komissiyanın 10-cu iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, "Xudafərin" və "Qız Qalası" Sazişi imzalanıb və bu yaxınlarda İran tərəfi həmin sənədi ratifikasiya edib. Azərbaycan və İran arasında imzalanmış "Ordubad" və "Marazad" su elektrik stansiyalarının tikintisi və istismarı haqqında" Saziş də artıq ratifikasiya edilib. Bu sazişlərin siyasi və iqtisadi əhəmiyyəti yüksəkdir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin birinci mərhələsi yekunlaşır. Artıq nəqliyyat dəhlizinin önəmli halqalarından olan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xətti hazırdır. İran tərəfi öz ərazisində işləri qısa müddətdə yekunlaşdıracaq. Bu il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ilin avqust ayında təməli qoyulmuş Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun tikintisi davam edir. İranın traktor və avtobus istehsalı zavodlarının da Neftçala Sənaye Zonasında fəaliyyətinin təşkili istiqamətində müzakirələr aparılır. 2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq zavodunun təməli qoyulacaq.

Bildirilib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 400-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və onlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. İran Azərbaycanın ticarət tərəfdaşlarındandır və 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 60 faizə yaxın artıb. Şahin Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 12 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq. Rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti 2017-ci ilin əvvəlində Təbriz və Ərdəbilə səfər edəcək. Ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi nəticəsində gələn il yanvarın 10-dan başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan nazir Şahin Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son 25 ildə Azərbaycan-İran əlaqələrinin ən yüksək səviyyəyə çatdığını qeyd edib. M.Vaezi ölkələrimiz arasında əlaqələrin inkişafına və Dövlət Komissiyasının işinə göstərdikləri dəstəyə görə hər iki dövlətin başçılarına təşəkkür edib.

Bildirilib ki, Azərbaycan-İran Dövlət Komissiyasının fəaliyyəti digər ölkələrlə olan komissiyalarla müqayisədə bütün sahələri əhatə edir. Azərbaycana səfər çərçivəsində Azərbaycan nümayəndə heyətində 130-dan çox iş adamının təmsil olunması əlaqələrin genişləndirilməsinə olan maraqdan xəbər verir. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır və banklararası əlaqələrin genişləndirilməsi ticarət dövriyyəsini daha da artıra bilər. Bundan başqa, ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının birgə ixracı və aqrar sahədə avadanlıqların istehsalı üçün potensial genişdir. Turizm, tranzit və yükdaşımalar sahələrində də əlaqələr uğurla davam edir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran iqtisadi əməkdaşlığına, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin II mərhələsi üzrə görüləcək işlərə, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, eləcə də sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, əczaçılıq, avtomobil istehsalı, turizm, idxal-ixrac, sığorta və s. sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamının iştirakı ilə Azərbaycan-İran biznes-forumu keçirilib.

Biznes-forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və əməkdaşlığımız iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir. Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlığın vacibliyini vurğulayan Şahin Mustafayev 2016-cı ilin 11 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 60 faizə yaxın artdığını, viza rejiminin sadələşdirilməsi istiqamətində işlərin görüldüyünü, bu ilin 11 ayında iş adamlarının iştirakı ilə 12 tədbirin keçirildiyini qeyd edib. Bildirilib ki, iş adamları arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımdan biznes-forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir və bugünkü biznes-forum bu sahədə öz töhfəsini verəcək.

Qeyd olunub ki, ticarət əlaqələrinin inkişafı üçün yaradılmış birgə İşçi Qrupu faydalı mexanizmdir. Ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ixrac-idxal məhsulları qarşılıqlı əsasda müəyyənləşdirilə bilər. Toxumçuluq, tərəvəzçilik, çəltik və kənd təsərrüfatının müxtəlif istiqamətlərində əməkdaşlıq, Azərbaycanda yaradılan aqroparklarda kənd təsərrüfatı məhsullarının, eləcə də birgə avadanlıq istehsalı üçün geniş potensial mövcuddur. İran şirkətləri Azərbaycanın Aktaudakı logistika mərkəzinin xidmətlərindən istifadə edə, Gəmiqayırma Zavodunun və ölkəmizdəki sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlana bilər.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, komissiyanın həmsədri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət, üçtərəfli formatda (Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya) əməkdaşlığa dair fikirlərini bölüşüb.

Biznes-forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

İran investisiyalı şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollardan artıq investisiya yatırılıb [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr olunan Karyera Festivalı keçirilir

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib VİDEO

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb