DÜNYA
İrəvanda partlayış nəticəsində itkin düşənlərin sayı 18 nəfərə çatıb
Bakı, 15 avqust, AZƏRTAC
Ermənistanın Fövqəladə Hallar Nazirliyi bazar günü İrəvandakı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində itkin düşənlər haqqında məlumatı yeniləyib.
AZƏRTAC xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumata görə, hazırda 18 nəfər itkin düşmüş sayılır. Onların arasında İran vətəndaşının da olduğu bildirilir.
Son məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. Yanğını yalnız bazar ertəsi günü səhərə yaxın lokallaşdırmaq mümkün olub. Dağıntılar altında hələ də sağ insanların qaldığı istisna olunmur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi partlayışla bağlı cinayət işi başlayıb.
Bu gün səhər hadisə yerinə gələn baş nazir Nikol Paşinyan əraziyə baxış keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]